Qara sehr və ya Qara magiya — bir insana və ya heyvana zərər vurmaq məqsədilə müxtəlif üsullarla göstərilən mənfi təsirlər fəaliyyətidir. Bu məqsədlə müxtəlif növ magik praktikalardan istifadə olunur.

Zərər yetirmək üçün ilk növbədə müxtəlif sehrlər, lənətlər, mum fiqurlar və gəlinciklərdən (məsələn, vudu gəlincikləri) istifadə olunur. Maq (baxıcı) obyektə təsir göstərmək üçün öz fövqəltəbii gücündən dolayı yollarla — qurbana məxsus olan və ya onunla təmasda olmuş digər əşyalardan istifadə etməklə yararlanır.

Ezoterik baxışlara görə, əgər şəxs magik praktikalarla məşğul olursa, özünə qarşı müdafiə qura bilər. Lakin magiya ilə praktiki məşğul olmayan, sadəcə onun nəzəriyyəsini öyrənən sıravi insanlar bu növ təsirlərdən mühafizə olunmaq üçün peşəkar magiya mütəxəssislərinə (maqlara) müraciət edirlər.

Bununla belə, bir çox maqlar dünyanı qara və ağ rənglərə bölmürlər, buna görə də fəlsəfi mənada magiyanın qara növünün mövcud olmadığını müdafiə edirlər. Bu cür fərqləndirmələr çox vaxt sıravi insanların anlayışları ("ağ magiya" və "qara magiya") daha rahat qavraması üçün süni şəkildə yaradılır. Okkultizmdə bu növ fəaliyyətlər "qara" deyil, daha çox "destruktivi (dağıdıcı) magiya" adlandırılır.

İfadənin mənşəyi

İngilis dilində "qara magiya" ifadəsinin məlum olan ilk istifadəsi Edmund Spenserin "Pərilər kraliçası" () epik poemasında qeydə alınmışdır. Müəllif burada latın dilindəki niger ("qara") sözünün təsiri altında necromantia ("nekromantiya") termininin orta əsr variantı olan latınca nigromantia kəlməsindən törəmiş müasir "nigromancy" terminini ingilisləşdirmişdir.

Poemada deyilir:

"Çünki onu əsarətdə saxlayan o zalım, Qara magiyanın güclü sehrləri sayəsində, Zindana qərq edir onun zəif bədənini, Bir çox qorxunc hisslər onun müdafiəsinə işarə edir." (III Kitab, XI Nəğmə)

Kütləvi mədəniyyətdə

Qara magiya ilə əlaqədar olan və ya qara magiya kimi təsvir edilən konseptlər ədəbiyyatın, kinematoqrafiyanın və kütləvi mədəniyyətin digər sahələrinin mütəmadi istifadə etdiyi mövzulardandır. Nümunələr:

"Şeytan peyda olur" (1934) — Dennis Uitlinin () qara magiya mövzusuna həsr olunmuş məşhur romanı. "Rozmarinin körpəsi" (1968) — mərkəzi mövzusu qara magiya və okkultizm olan qorxu romanı. "Cadugərlik" (The Craft, 1996) — ağ magiya ilə məşğul olmağa başlayan, lakin sonradan şəxsi mənfəətləri üçün qara magiya rituallarına üz tutan dörd rəfiqədən bəhs edən qorxu filmi. Harri Potter kitab seriyası (1997–2007) — bu əsərlərdə qara magiya sehrləri və lənətləri "qaranlıq sənətlər" () adlanır və tələbələrə onlardan hifz olunmaq yolları öyrədilir. Bu seriya əsasında filmlər (2001–2011) də çəkilmişdir. "Şerlok Holms" (2009) — Qay Ritçinin rejissorluğu ilə çəkilmiş eyniadlı trilogiyanın ilk filmində süjet xətti qara magiya elementləri üzərində qurulsa da, filmin sonunda bunların əslində elmi fırıldaq olduğu üzvə çıxır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı (2022-ci ildən etibarən) Rusiya dövlət mediası rəsmi Kiyevi hərbi sahədə qara magiyadan istifadə etməkdə ittiham etmişdir. Xüsusilə, Oleksiy Arestoviç rus ordusuna qarşı cadugər və baxıcıları yığmaqda, Ukrayna əsgərləri isə "qan magiyası" vasitəsilə silahları ovsunlamaqda günahlandırılmışdır. 2024-ci il istehsalı olan "Konotop cadugəri" () — FILM.UA tərəfindən çəkilmiş, qisas alan qədim bir cadugərin hekayəsindən bəhs edən Ukrayna qorxu filmidir.

İstinadlar

Biblioqrafiya

Kateqoriya:Magiya Kateqoriya:Cadugərlik Kateqoriya:Sol əl yolu Kateqoriya:Satanizm tarixi