Münəvvər Bələn Gözələr (;) — Türkiyənin ilk qadın baş memarı və Mimar Sinan Güzel Sanatlar Universitetinın ilk qadın məzunlarındandır.
Münəvvər Bələn, 1913-cü ildə İzmitdə doğulub. 1973-cü ilin fevralında İstanbulda vəfat edib. Ləman Cavad Tomsu ilə eyni ildə məzun olan Münəvvər Gözələr; 1940-cı ildə mühəndis olan həyat yoldaşı Mithat Gözələr ilə ailə qurana qədər uzun illər Ləman Tomsu ilə birgə çalışıb. Modern üslubuna yeni yön verərək, İkinci Milli Memarlıq Hərəkatına paralel bir tərzdə fəaliyyət göstərib.
Təhsili Münəvvər Bələn 1929-cu ildə İstanbulda Ərənköy Qız Liseyindən məzun olub. Ləman Tomsu ilə dost olub. Həmin il İstanbulda Mimar Sinan Güzel Sanatlar Universitetində memarlıq təhsilinə başladığı akademiyanı, 1934-cü ildə bitirib.
Karyerası Münəvvər Bələn 1935-ci ildə İnşaat İşləri Bürosuna təyin edildikdən üç ay işlədikdən sonra, İstanbul il Müdirliyində fəaliyyətə başlayıb. 1939-cu ilə qədər Bursa və Kocaeli il müdirliklərində, həmçinin mərkəzi ofisdə çalışıb. Təqaüdə çıxana qədər il müdirliyindəki fəaliyyətini davam etdirib.
Təvazökar və istedadlı memar olan Münəvvərin layihələri, sadə, amma müasir bir dillə xarakterizə olunaraq, ərsəyə gətirilib. Maliyyə Nazirliyinin Şişlidəki binası bu prinsipləri əks etdirən layihənin bir nümunəsi kimi qəbul edilib. Memarlıq müsabiqəsində birincilik mükafatına layiq görülən Bursa Xalqevi fərqli həyətyanı quruluşa malikdir. Poçt və Teleqraf Təşkilatı binaları üçün hazırladığı dörd standart dizayn variantından ibarət seriyası isə onun yaradıcılığının saf və rasional xarakterininin nümunəsdir.
Cümhuriyyətin ilk qadın memarlarından biri olmasına baxmayaraq, karyera keçmişi o qədər də yaxşı sənədləşdirilməyib. O, karyerası boyu dövlət məmuru kimi çalışıb, memarlıq layihələri də dövlət qulluqçusu statusu ilə standartlaşdırılıb. Layihələrin müəllifi özü olsa da, əksər işləri anonim qalmıb. Qadın hüquqları ilə də maraqlandıqları məlum olan Tomsu və Bələn, o dövrdə Türkiyənin yeni qadın profilinin siması olublar.
Memarlıq əsərləri PTT binaları, Türkiyə, 1935 Karamürsəl Xalq Evi, Kocaeli, Türkiyə, 1936 (Ləman Tomsu ilə birgə) Gərədə Xalq Evi, Bolu, Türkiyə, 1937 (Ləman Tomsu ilə birgə) Kayseri Xalq Evi, Kayseri, Türkiyə, 1938 (Ləman Tomsu ilə birgə) Bursa Xalq Evi, Bursa, Türkiyə, 1938 Yaşayış binası layihəsi, Ankara, Türkiyə (Ləman Tomsu ilə birgə) Maliyyə Nazirliyinin Şişli şöbə binası, İstanbul, Türkiyə, 1946 Tuzlada bir ev layihəsi, İstanbul, Türkiyə, 1954
İstinadlar