Süleyman Kərəm oğlu Cəfərov () — azərbaycanlı ictimai-siyasi xadim, ehtiyatda olan baş leytenant, Vətən müharibəsi iştirakçısı. "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin Abşeron rayon filialının sədridir.
Həyatı və təhsili Süleyman Kərəm oğlu Cəfərov 9 aprel 1986-cı ildə Ermənistan SSR-in Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Xırdalan şəhər 2 saylı tam orta məktəbində almışdır. Ali təhsilini Azərbaycan Beynəlxalq Universitetinin İdman fakültəsində tamamlamışdır.Süleyman Cəfərov kimdir?
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsində ikinci ali təhsilini davam etdirir.
Ailəlidir, iki övladı var.
İdman fəaliyyəti Gənclik illərində peşəkar idmanla məşğul olmuşdur. 2003-cü ildə boks üzrə Azərbaycan ikincisi olmuşdur.
Qol güləşi (armvrestlinq) idman növü üzrə iki dəfə Bakı çempionu, bir dəfə isə Azərbaycan çempionu titulunu qazanmışdır.
Hərbi fəaliyyəti Süleyman Cəfərov 2006-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin kursunu bitirərək "leytenant" hərbi rütbəsi almışdır. 2006–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmət etdikdən sonra ehtiyatda olan zabit kimi tərxis olunmuşdur.Süleyman Cəfərov: "Qarabağın azad olunmasından sonra qarşıda duran ən böyük vəzifələrdən biri məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı oldu"
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı könüllü olaraq yenidən ordu sıralarına qoşulmuşdur.Süleyman Cəfərov: "Heydər Əliyev siyasi məktəbi İlham Əliyev kimi müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan yetişdirdi" Qubadlıdan Şuşaya qədər döyüş yolu keçərək bir sıra strateji əməliyyatlarda iştirak etmişdir. Müharibə dövründə və sonrasında göstərdiyi xidmətlərə görə növbəti hərbi rütbə alaraq baş leytenant rütbəsinə yüksəlmiş, "Vətən Müharibəsi İştirakçısı" medalı və "Həzi Aslanov" ordeni ilə təltif olunmuşdur.
İctimai və siyasi fəaliyyəti Süleyman Cəfərov 2021-ci ildən etibarən "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin Abşeron rayon filialının sədri vəzifəsini icra edir.Süleyman Cəfərov Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları " İctimai Birliyinin Abşeron rayon sədri Bu fəaliyyəti çərçivəsində yüzlərlə qazi və şəhid ailəsinin sosial, maddi və hüquqi problemlərinin həllində, eləcə də onların dövlət dəstəyi ilə təmin olunması prosesində koordinasiya işlərini həyata keçirir. Qarabağ müharibəsi məcburi köçkünlərin geri qayıdışı, qazilərin cəmiyyətə inteqrasiyası və regional sosial layihələrlə bağlı mütəmadi olaraq mətbuatda analitik məqalələrlə çıxış edir, universitetlərdə keçirilən rəsmi tədbirlərdə iştirak edir.Süleyman Cəfərovun rəhbərliyi ilə Abşeron rayonunda mühüm ictimai layihələr həyata keçirilir
Siyasi fəaliyyətində Yeni Azərbaycan Partiyasının (YAP) fəal üzvü olan Cəfərov, ölkədə keçirilən Prezident seçkiləri dövründə yerli təşviqat-təbliğat qrupunun rəhbəri kimi fəaliyyət göstərmişdir. Abşeron rayonunda dövlət tədbirlərinin, ümummilli lider Heydər Əliyevin anım günlərinin və dövlət siyasətinin təbliği istiqamətində keçirilən konfransların təşkilində yaxından iştirak edir.
İstinadlar
Xarici keçidlər Şanlı Zəfərə aparan yolun başlanğıcı — Aprel döyüşləri
Kateqoriya:Baş leytenantlar Kateqoriya:İkinci Qarabağ müharibəsi iştirakçıları