Alena Şirmanova-Kostebelova (; ) — Aiko adı ilə tanınan Çexiyalı müğənni və bəstəkar. Həyatı Alena Şirmanova-Kostebelova 26 dekabr 1999-cu ildə Rusiyanın Moskva şəhərində anadan olub. Beş yaşında ikən ailəsi ilə birlikdə Çexiyanın Karlovı Varı şəhərinə köçüb.

Karyerası 250px|thumb|left|Aiko Madriddə Eurovision Pre-Party 2024-də 2015-ci ildə Şirmanova "Česko Slovenská SuperStar" istedad şousunun dördüncü mövsümündə iştirak edib. Daha sonra musiqi karyerası qurmaq üçün Böyük Britaniyaya köçüb. Əvvəlcə Londonda, sonradan isə Braytonda məskunlaşıb. "Aiko" səhnə adı altında 2018-ci ildə öz adını daşıyan debüt albomunu, 2020-ci ildə isə ilk sinqlı "Hunt"ın da daxil olduğu "Expiration Date" albomunu işıq üzünə çıxarıb. Onun səhnə adı Yaponiya mədəniyyətinə olan sevgisi ilə uşaqlıq ləqəbi olan "Ayka"nın birləşməsindən yaranıb.

O, "Tayms Meydanı"ndakı (Times Square) ekranlarda görünən ilk çexiyalı sənətçi və "Spotify Equal" kampaniyasında iştirak edən ilk çexiyalı qadın ifaçı olub. Aiko "Rock for People", "ESNS", "Metronome Prague", "The Great Escape", "Grape", "Nouvelle Prague", "Sziget" və "Waves Vienna" festivallarında çıxış edib, həmçinin Alis Merton, "Black Honey", Loren Rut Uord və Tamino kimi adların bəzi turnelərində dəstək sənətçisi (bədii rəhbər) kimi onları müşayiət edib. Onun bəzi mahnıları "Teen Mom" və "Love Island" televiziya şoularına daxil edilib.

Aiko 13 oktyabr 2023-cü ildə "Fortune's Child" adlı üçüncü albomunu təqdim edib. 28 noyabr 2023-cü ildə onun "Pedestal" mahnısı ilə 2024 Avroviziya Mahnı Müsabiqəsi üçün Çexiya milli seçiminin iştirakçılarından biri olduğu elan edilib. Dekabrın 13-də isə o, seçimin qalibi elan olunub. Müsabiqədə o, ikinci yarımfinaldan mərhələ keçə bilməyib və 16 iştirakçı arasında 38 xalla 11-ci yeri tutub.

Şəxsi həyatı Aiko 2025-ci ilin mayında biseksual olduğunu bəyan edib. O, hazırda 2024 Avroviziya Mahnı Müsabiqəsində "Megara" qrupunun üzvü kimi San-Marinonu təmsil edən ispaniyalı təbilçi Ket Almaqro ilə münasibətdədir. Diskoqrafiyası Studiya albomları

Adı Təfərrütları Expiration Date Buraxılış ili: 17 iyul 2020 Leybl: Independent music] Format: Musiqi yükləmə, Streaminq Fortune's Child Buraxılış ili: 13 oktyabr 2023 Leybl: Self-released Format: Musiqi yükləmə, Streaminq Aikonic Buraxılış ili: 28 iyun 2024 Leybl: 420 Production Format: Musiqi yükləmə, Streaminq

Mini-albomlar (EP-lər) Adı Təfərrütları Aiko Buraxılış ili: 25 avqust 2018 Leybl: Self-released Format: Musiqi yükləmə, Streaminq

Sinqlları Əsas sənətçi kimi Adı İl Çatlarda ən yüksək yer Albom LTU "Hunt" 2020 — Expiration Date "Power" 2021 — Fortune's Child "Daughter of the Sun" — "Gemini" — "Alter Ego" 2022 — rowspan="2" "I Want to Be Perfect" — "Restless"(with Boy Jr.) — Fortune's Child "Instincts" 2023 — "Lucky Streak" — "Pedestal" 49 "White Flag" 2024 — Aikonic "Hunger"(with Teya) — "Regal" — rowspan="9" "Cleopatra" 2025 — "" — "I Need a Minute" — "Shotgun" — "F1 Machine" — "Villainize Me" — "Time" — "Medusa"(with The Silver Spoons) 2026 — "—" albomun həmin regionda hit-parada daxil olmadığını və ya işıq üzü görmədiyini bildirir.

Qonaq müğənni kimi Sinql İl Albom "Why Don't You"(Ivo Blahunek) 2023 Albom olmayan sinql "The Internet"(Noisy Pots) A Trip of Being "Come Closer"(Tonya Graves və Blanka Maderová ilə Teza və Aiko) Albom olmayan sinql

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:2024 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Çexiya müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Çexiyanın "Avroviziya" təmsilçiləri