Olqa Andreyevna Şapir və ya Olqa Andreyevna Kislyakova (; ) — Rusiya yazıçısı və feministi. Həyatı Olga Andreyevna Şapir 9 (21) oktyabr 1850-ci ildə Oranienbaum (indiki Lomonosov) şəhərində hərbi mirzə A.P. Kislyakovun ailəsində anadan olub. O, doqquz uşaqlı ailənin sonuncu övladı idi. 1866-cı ildə Sankt-Peterburqdakı Aleksandr Qadın Gimnaziyasını uğurla başa vurub. 1872-ci ildə inqilabi hərəkatla əlaqəsinə görə Novqoroda sürgün edilən və oradan yenicə qayıdan Tibb Akademiyasının tələbəsi L.M.Şapirlə ailə qurub. Həyat yoldaşı qayıtdıqdan sonra tibb təhsilini tamamlayıb, Olga isə "Birjevıye vedomosti" və "Novoye vremya" qəzetlərində tərcümələr edərək dolanışıq qazanıb.
1879-cu ildə "Kniqki Nedeli" jurnalında dərc olunan "Həyatın astanasında" (На пороге жизни) hekayəsi ilə mətbuatda çıxış etməyə başlayıb. "Oteçestvennıye zapiski", "Vestnik Yevropı" və digər nəşrlərdə çoxsaylı əsərlər çap etdirib. "Çoxlarından biri" (Одна из многих, 1879), "Antipodlar" (Антиподы, 1880), "Sevgisiz" (Без любви, 1886), "Srablar" (Миражи, 1889), "Sevgi" (Любовь, 1896) romanları onun qələmindən çıxıb. Bundan əlavə, ayrıca kitab şəklində də işıq üzü görən bir çox əsər yazıb. "Onun alihəzrətləri" (Её сиятельство, 1891), "Qayıtdı!" (Вернулась!, 1894), "Ərin qeydləri" (Записки мужа, 1896), "Uşaqlıq dostu" (Друg детства, 1903) bunlara misaldır. Müəllifin "Kar divar" (Глухая стена) və "İki istedad" (Два таланта) dramları İmperator Teatrlarının səhnəsində oyanılıb. Onun ən mühüm əsəri olan "Fırtınalı illərdə (1866–1877)" (В бурные годы) romanı isə yalnız 1906-cı ildə işıq üzü görüb. Sovet dövründə onun əsərləri toplularda nəşr olunub.
Şapir həmçinin ictimai fəaliyyətlə məşğul olub, feminist təşkilatların işində yaxından iştirak edib. Rusiya Qadınlarının Qarşılıqlı Xeyriyyə Cəmiyyətinin və Ümumrusiya Qadın Hüquq bərabərliyi İttifaqının üzvü olub. 1908-ci ildə keçirilən Ümumrusiya Qadın Qurultayının təşkilatçılarından biri kimi fəaliyyət göstərib. Ömrünün son illərində ruhi sarsıntı və depresiyadan əziyyət çəkib. Olga Andreyevna Şapir 1916-cı il iyunun 13-dən 14-nə keçən gecə Udelnaya qəsəbəsində, İmperator III Aleksandr adına psixi xəstəxanada vəfat edib. O, Volkovo qəbiristanlığının "Literatorskiye mostki" (Ədiblər keçidi) hissəsində dəfn olunub.
İstinadlar
Ədəbiyyat
Парахуда В. А. «Она жила своей страстью к чтению...». Забытое имя: Ольга Шапир // История Петербурга. 2006. № 4 (32). С. 25—29. Козлов Д. В. «Её произведения всегда принадлежали к разряду читаемых»: к столетнему юбилею со дня смерти Ольги Шапир // Балтийский край: историко-краеведч. альм. 2018. Вып. 5. С. 69—85.
Xarici keçidlər [www.belousenko.com/wr_Shapir.htm Ольга Андреевна ШАПИР (1850—1916)]