Savannah Bond () — avstraliyalı pornoaktrisa.
Həyatı Savannah Bond 6 iyun 1990-cı ildə Viktoriya ştatının Melburn şəhərində anadan olub. O, Melburnda böyümüş, burada kosmetologiya üzrə təhsil almış və pərakəndə satış sahəsində çalışmışdır. Daha sonra Melburn və Sidneydə striptizçi kimi fəaliyyət göstərən Bond, sonradan Kvinslend ştatının Taunsvill şəhərinə köçmüşdür.
2019-cu ildə yetkinlər üçün film sənayesinə daxil olub.
2020-ci ildə verdiyi müsahibələrin birində ailəsinin onun karyera seçimini dəstəklədiyini, lakin qardaşının onunla danışmadığını bildirib.
2024-cü ildə boksçu Rayan Qarsiya ilə nişanlansa da, cütlük qısa müddət sonra ayrılıb.
Karyerası Bond 2019-cu ildə yetkinlər üçün film sənayesində fəaliyyətə başlamışdır. O, karyerasına Los-Ancelesdə Culs Cordan ilə başlamış və sənayedəki ilk iki ayını yalnız Cordanın şirkətində çalışaraq keçirmişdir. İlin sonuna qədər Bondun aktivində 30-dan çox rol qeydə alınmışdır.
Avstraliyaya giriş-çıxış üçün beynəlxalq səyahətlərin məhdudlaşdırıldığı COVID-19 pandemiyası dövründə Bond, digər avstraliyalı modellərlə birlikdə "OnlyFans" platformasında məzmun paylaşaraq fəaliyyətini davam etdirmişdir. Avstraliyada səyahət məhdudiyyətləri ləğv edildikdən sonra o, Los-Ancelesə köçmüşdür.
Digər layihələri ilə yanaşı, Cordanın şirkəti ilə də əməkdaşlığını davam etdirmişdir; 2021-ci ilin oktyabrında Bondun Ancela Uayt və Cia Derza kimi digər porno ulduzları ilə birlikdə rol aldığı "Savannah Bond Beach Bikini Slut" adlı film "Evil Angel" studiyası tərəfindən buraxılmışdır. O, "Cherry Pimps" tərəfindən 2022-ci ilin aprel ayı üçün "ayın modeli" seçilmişdir. Bond, həmçinin "Vixen Media Group" və "Ricky's Room" tərəfindən istehsal olunan filmlərdə də rol almışdır.
Mükafatları AVN mükafatları (2) Nəticə İl Kateqoriya Ekran işi Qeydlər 2022 Best Blowbang Scene Savannah Bond Beach Bikini Slut 2023 Best Foursome/Orgy Scene Blacked Raw V56 Pornhub mükafatları (1) Nəticə İl Kateqoriya Ekran işi Qeydlər 2024 Top DP Performer XBIZ mükafatları (1) Nəticə İl Kateqoriya Ekran işi Qeydlər 2023 Best Sex Scene — Vignette Blacked Raw V56
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Avstraliya pornoaktrisaları