Katarsis — vokalçı Lukas Radzyaviçyus, gitaraçı Alanas Brasas və təbilçi Yokubas Andryulisin üzvü olduğu Litva rok qrupu. "Tavo akys" adlı mahnı ilə 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində Litvanı təmsil etmiş və finalda 16-cı yeri tutmuşdular.

Tarixi Qrup 2020-ci ildə yaradılmış və elə həmin il buraxılmış "Vasarą galvoj minoras" hiti sayəsində tanınmışdır. Bu mahnı Litvanın "Singlų Top 100" hit-paradında tədricən yüksələrək 2022-ci ilin fevral ayında onluğa daxil olmuşdur. "Vasarą galvoj minoras" yarım ildən çox ölkənin ilk 40-lığında qərarlaşmış və Litvada 2,5 milyondan çox dinlənmə sayına görə AGATA-nın qızıl sertifikatına layiq görülmüşdür.

Katarsis qrupunun folklor elementlərini ehtiva edən və beş trekdən ibarət olan "Dausos" adlı debüt mini-albomu 2024-cü ilin may ayında işıq üzü görmüş və Vilnüsdəki konsertdə təqdim edilmişdir.

2024-cü ilin dekabr ayında LRT tərəfindən dərc olunan Avroviziya Mahnı Müsabiqəsinin Litva milli seçimi olan "Eurovizija.LT 2025" yarışmasının 45 iştirakçısı arasında Katarsis qrupu da "Tavo akys" mahnısı ilə yer almışdır. Onlar bütün yarımfinallardakı telesəsvermə nəticələrinə görə Black Biceps qrupunun "Visaip man reik" mahnısından sonra ikinci ən yaxşı nəticəni göstərərək finala vəsiqə qazanmış və milli hit-paradda 6-cı yerdə debüt edərək dərhal dinləyicilərin rəğbətini qazanmışdılar. 15 fevral 2025-ci il tarixində baş tutan seçim turunun finalında qrup münsiflər heyəti və teleqaçlar tərəfindən ən çox səs verilən üç iştirakçıdan biri olmuşdur. Bu nəticə ilə onlar superfinala yüksəlmiş, burada keçirilən telesəsvermə nəticəsində qalib gələrək İsveçrənin Bazel şəhərində təşkil olunan "Avroviziya-2025" müsabiqəsində Litvanı təmsil etmək hüququ əldə etmişdilər. "Tavo akys" mahnısı Litvada həftənin ən populyar musiqisi olaraq "Singlų Top 100" siyahısında birinci yeri tutmuşdur.

Diskoqrafiya

Studiya albomları Başlıq Təfərrüatlar Žiedlapis tau Buraxılış tarixi: 24 may 2024 Etiket: Žiauru Formatlar: Vinil, rəqəmsal yükləmə, yayım

Mini-albom Başlıq Təfərrüatlar Dausos Buraxılış tarixi: 24 may 2024 Etiket: Žiauru Formatlar: Vinil, rəqəmsal yükləmə, yayım

Sinqllar Başlıq İl Pik çart mövqeyi Albom LTU «» 2020 — rowspan="7" «» 4 «» 2022 — «» — «» 2023 — «» — «» — «» 2024 — Dausos «» — rowspan="1" «» 2025 1 Žiedlapis tau «» 3 rowspan="1" «» 32 Žiedlapis tau «» — rowspan="1" «» 2026 — Žiedlapis tau'' «—» müəyyən bir ərazidə yayımlanmamış və ya siyahıya alınmamış bir qeydi ifadə edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Litva musiqi qrupları Kateqoriya:Rok-qruplar Kateqoriya:Litvanın "Avroviziya" təmsilçiləri