Kalush () — 2019-cu ildə əsası qoyulmuş Ukrayna rep qrupu. Qrupun yan layihəsi olan "Kalush Orchestra" 2022-ci ildə "Stefania" adlı mahnı ilə "2022 Avroviziya Mahnı Müsabiqəsi"ndə Ukraynanı təmsil etmiş və qalib gəlmişdir.

Tarixi Qrupun "Ne marinuy" adlı mahnısına çəkilmiş ilk klipi 17 oktyabr 2019-cu il tarixində onun rəsmi "YouTube" kanalında yayımlanmışdır. Klipin rejissoru ukraynalı rep ifaçısı Alyona Alyonanın bir çox videolarının rejissoru olan Delta Artur olmuşdur. Klip Kaluş şəhərinin küçələrində çəkilmiş və buraxılışdan əvvəl Alyona Alyona tərəfindən "Instagram" səhifəsində anons edilmişdir.

2019-cu ilin noyabrında "Ty honysh" adlı ikinci klip çıxdıqdan sonra "Kalush" qrupu "Universal Music Group"-a daxil olan Amerika hip-hop leyblı "Def Jam" ilə əməkdaşlıq müqaviləsi imzalamışdır.

6 dekabr 2019-cu il tarixində qrup Alyona Alyonanın konsertində iştirak edərək "Hory", "Ne marinuy" və "Ty honysh" mahnılarını ifa etmişdir. Dekabrın 9-da qrup üzvlərinin Alyona Alyona ilə birlikdə ifa etdikləri "Hory" mahnısına çəkilmiş video yayımlanmışdır. Video 12 gün ərzində "YouTube"da 1,2 milyon baxış toplamışdır.

19 fevral 2021-ci il tarixində qrupun "HOTIN" adlı debüt albomu işıq üzü görmüşdür.

23 iyul 2021-ci il tarixində "Kalush" repçi Skofka ilə birlikdə "Yo-Yo" adlı ikinci albomunu buraxmışdır.

14 iyun 2024-cü il tarixində "Kalush" qrupu "Dlya duşi" adlı üçüncü albomunu təqdim etmişdir.

Kalush Orchestra thumb|240px|"Kalush Orchestra" Qdansk şəhərində. 2022-ci il.

2021-ci ildə "Kalush Orchestra" adlı paralel layihənin fəaliyyətə başlayacağı məlum olmuşdur. Əsas kollektivdən fərqli olaraq, bu qrup folklor motivləri və Ukrayna autentikası ilə zənginləşdirilmiş rep musiqisinə üstünlük verir. Hər iki qrupun ortaq üzvləri vardır. İfaçılar Oleh Psyuk (vokal, mətnlər), MC Kilimmen (dj) və Conni Divniyə multiinstrumentalistlər Timofiy Muzıçuk və Vitaliy Dujık da qoşulmuşdur. Digər bir musiqiçi İhor Didençuk isə ilkin vaxtlardan "Kalush" qrupunda çıxış etmiş, daha sonra isə fəaliyyətini "Kalush Orchestra" layihəsi üzərində cəmləşdirmişdir.

2022-ci ildə Kaluş şəhərinin dəmir yolu vağzalının damında "Kalush Orchestra" qrupunun şərəfinə çəhrayı rəngli panama papağı quraşdırılmışdır.

26 oktyabr 2022-ci il tarixində "Kalush Orchestra" qrupunun üzvləri Arnold Şvartseneger ilə görüşmüş, sonradan o, qrupun "Şedrıy veçir" adlı klipində rol almışdır.

Avroviziya-2022 12 fevral 2022-ci il tarixində "Kalush Orchestra" layihəsi "Stefania" mahnısı ilə "Avroviziya-2022" mahnı müsabiqəsində Ukraynanı təmsil etmək hüququ uğrunda mübarizə aparmışdır. Milli seçim turunun finalında qrup 14 xalla (6 xal münsiflər heyətindən, 8 xal isə tamaşaçılardan) ikinci yeri tutmuşdur, lakin seçimin qalibi Alina Paş müsabiqədə iştirak etməkdən imtina etmişdir. 22 fevral 2022-ci il tarixində "Kalush Orchestra" qrupunun "Avroviziya-2022" müsabiqəsində iştirakı rəsmən təsdiqlənmişdir.

"Avroviziya-2022" müsabiqəsinin finalında "Kalush Orchestra" qrupu tamaşaçıların və münsiflər heyətinin səsverməsinin ümumi nəticələrinə görə 631 xal toplayaraq qalib gəlmişdir. Qrupun qazandığı "Büllur mikrofon" mükafatı hərracda 900 min ABŞ dollarına satılmış, əldə olunan vəsait Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının alınmasına yönəldilmişdir.Война в Украине: победившая на «Евровидении» группа Kalush Orchestra продала «хрустальный микрофон» за $900 тыс. На эти деньги купят дроны для ВСУ , BBC, 30.05.2022 Sonradan qrup diqqəti müharibəyə cəlb etmək və Ukraynanın Rusiya işğalına qarşı mübarizəsinə ianələr toplamaq məqsədilə Avropa və Şimali Amerikaya reklam turuna yollanmışdır.

Üzvləri Qrup təsisçi və solist Oleq Psyuk (aka Psyuçiy Sın, doğ. 16 may 1994-cü il), multiinstrumentalist İqor Didençuk (doğ. 29 dekabr 1998-ci il) və MC Kilimmen-dən ibarətdir. Qrup Oleq Psyukun doğma şəhəri olan Kaluşun şərəfinə adlandırılmışdır.

Mükafatlar və nailiyyətlər 240px|thumb|2023-cü ildə buraxılmış Ukrayna poçt markasında "Kalush Orchestra".

2021 — "Top Hit" musiqi mükafatlarında "İlin Kəşfi" mükafatının qalibi 2021 — "Top Hit" musiqi mükafatlarında "Ən Yaxşı YouTube Ukrayna Qrupu" mükafatının qalibi 2021 — "Top Hit" musiqi mükafatlarında "İlin Kəşfi YouTube Ukrayna" mükafatının qalibi 2022 — İtaliyada keçirilən "2022 Avroviziya Mahnı Müsabiqəsi"nin qalibi ("Kalush Orchestra" kimi)

Diskoqrafiya

Albomlar Hotin (2021) «Йо-Йо» (при уч. Skofka) (2021) «Для душі» (2024)

Sinqllar «Не маринуй» (2019) «Ty Gonysh» (2019) «Гори (Gory)» (при уч. Alyona Alyona) (2019) «Кент (Kent)» (2020) «Тіпок (Tipok)» (2020) «Вірус (Virus)» (2020) «Вайб (Vibe)» (2020) «Стержень (One Core)» (Alyona Alyona, OTOY, Şerşen və digərləri ilə) (2020) «Góry» (2020) «В тренді пафос (Pafos)» (2020) «BIMBO» (2020) «Таких як я (Takyh Yak Ya)» (Yamak ilə) (2020) «Зорi» (2020) «Вода» (Alyona Alyona ilə) (2020) «Otaman» (Skofka ilə) (2020) «Балабон» (Panini ilə) (2020) «Не забуду» (2021) «Пірнаю» (Станіславська ilə) (2021) «Ти мала не думала» (Pauchek ilə) (2021) «Додому» (Skofka ilə) (2021) «Давай начистоту» (Skofka ilə) (2021) «Не напрягайся» (Skofka ilə) (2021) «Файна» (Skofka ilə) (2021) «Маяком» (Skofka ilə) (2021) «Я йду» (Skofka ilə) (2021) «Таксі» (Kristina Soloviya ilə) (2021) «Хвилі» (Jerry Heil ilə) (2021) «Перемога» (Okean Elzi ilə) (2021) «Мала в 19» (2021) «Майбутність» (Artyom Pivovarov ilə) (2022) In The Shadows Of Ukraine (The Rasmus ilə) (2022)

Videokliplər KALUSH — Давай начистоту (feat. Skofka) 2021 KALUSH — Файна (feat. Skofka) 2021 KALUSH — Додому (feat. Skofka) 2021 Kalush Orchestra — Shtomber Womber 2021 KALUSH — Калуські вечорниці 2021 Kalush Orchestra — Stefania 2022 Kalush Orchestra & The Rasmus — In The Shadows of Ukraine Kozak Siromaha feat. Kalush — Сіромаха (2023)

Kalush Orchestra «Штомбер Вомбер» (2021) «Stefania» (2022)

İstinadlar

Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Def Jam Recordings artistləri Kateqoriya:Ukrayna musiqi qrupları Kateqoriya:Ukraynanın "Avroviziya" təmsilçiləri