"Tanzschein" () — "Cosmó" səhnə adı ilə tanınan Avstriya müğənnisi Benjamin Gedeonun ifa etdiyi mahnı. Mahnının mətni Gedeon, Elias Steyskal və Ella Stern tərəfindən yazılmışdır. Mahnı "Avroviziya-2026" mahnı müsabiqəsində Avstriyanı təmsil etmiş və Avstriyanın sinql hit-paradında yeddinci yeri tutmuşdur.
Konsepsiyası Gedeon mahnı müəlliflərindən ibarət heyətlə bir neçə mahnı yazma sessiyası keçirmiş, günlərin bir günü Vyana şəhərində qaçış edərkən telefonunu çıxararaq nəqarətin "Sie brauchen einen Tanzschein" () formalı ilk misrasını oxuyub qeyd etmişdir.
Mahnının sözləri ilə bağlı Gedeon şərh vermişdir: "... Klubda ilk dəfə idim və heç kim rəqs etmirdi, amma xüsusi bir söhbət də yox idi. Hamı sadəcə ətrafda dayanırdı və... Nə düşündüklərini bilmirəm ... Heç kim rəqs etməyə başlamır ... və düşünürəm ki, həqiqətən rəqs etməli və musiqidən zövq almalısan. Gündəlik həyatı həqiqətən unudub ondan zövq almağın yeganə yolu budur ... Özünüzü bir az buraxın, özünüzü dinləyin. Əsas odur ki, təkcə özünüz üçün yox, həm də başqaları ilə birlikdə rəqs edin".
Musiqi videosu Klipin ideyası ilə bağlı suala "Cosmó" belə cavab vermişdir: ''"Prodüser Fil və Sonoritinin möhtəşəm komandası belə bir fikir irəli sürmüşdülər ki ... daxili heyvanınızı tamamilə gizlədə bilməzsiniz, bilirsiniz, o, həmişə daxildədir. Beləliklə, güzgüyə baxanda bir şir gördüyüm bir səhnə var. Bu, daha çox daxili heyvanınızı buraxmaqla bağlıdır ... sanki onu rəqs etdirmək kimi ... və biz bunu musiqi videosunda göstərmək istədik. Həmçinin, sevimli Hannanın maskasını çıxarıb insana çevrildiyi və sonra hamımızla rəqs etdiyi heyvandan insana keçidi də göstərmək istədik".
Avroviziya "Avroviziya-2026" mahnı müsabiqəsi Avstriyanın Vyana şəhərindəki "Wiener Stadthalle" arenasında keçirilmiş və 12 və 14 may tarixlərində baş tutan iki yarımfinaldan, eləcə də 16 may 2026-cı il tarixində təşkil olunan final mərhələsindən ibarət olmuşdur. Ev sahibi ölkə olaraq Avstriya birbaşa final mərhələsinə vəsiqə qazanmış, lakin şounun sonunda 25-ci (sonuncu) yeri tutmuşdur. Bundan əlavə, Cosmo bu mahnını ikinci yarımfinalda Kipr nümayəndəsi Antiqonidən sonra və Latviya nümayəndəsi Atvaradan əvvəl ifa etmişdir. Finalda mahnı cəmi altı xal toplayaraq 24-cü yerdə qərarlaşmışdır.
İstinadlar
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:Alman dilində mahnılar