İyas ibn Qabisə ət-Təi (; ) — Zi Qar döyüşündəki Sasani qüvvələrinin komandanı və Sasanilərin Hirə valisi.
Həyatı Bənu Təyy qəbiləsinə mənsub olan İyas ibn Qabisə III Numan ibn Munzirin II Xosrov tərəfindən 602-ci ildə öldürülməsindən sonra Hirə valisi təyin edilmiş və III Numan ibn Munzirin Həni ibn Məsuda (Bənu Şeyban qəbiləsinin lideri) verdiyi əmanətləri alıb ona göndərməsini əmr etmişdir.
Lakin Həni ibn Məsud əmanətləri yalnız sahibinə verə biləcəyini bildirərək tələbi rədd etmişdir. Bundan sonra Bənu Şeybanın mənsub olduğu Bənu Bəkr qəbiləsinə müharibə elan edən II Xosrov, Hirə valisi İyas ibn Qabisəni Sasani qüvvələrinə komandan təyin edərək döyüşə yollamışdır.
Zi Qar mövqeyində baş vermiş bu döyüşdə İyas ibn Qabisənin başçılıq etdiyi Sasani ordusu məğlub olmuşdur.
Populyar mədəniyyətdə "Səhra döyüşçüsü" () adlı filmdə onu Remsi Fereqallah () canlandırmışdır.
İstinadlar
Kateqoriya:Bəni-Tay