Atabəy — Azərbaycan Respublikasının Şəmkir rayonunun Atabəy kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şəmkir rayonunun Atabəy kəndi Çənlibel kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Atabəy kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası Kənd 1924-cu ildə Atabəy yeri adlanan ərazidə salınmışdır. Burada keçmişdə Atabəy adlı kənd olmuşdur. Xalq etimologiyasına görə, Atabəy, İəkərbəy və Gədəbəy adlı uc qardaş olmuşdur. Onların hər birinin adı bir–birinə yaxın olan uc yaşayış məntəqəsindən birinə verilmışdır. Oykonim Azərbaycanda XII–XIII əsrlərdə fəaliyyət göstərən Eldəgizlər və ya Atabəylər sülaləsinin nümayəndələrindən birinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, Məhəmməd Cahan Pəhləvanın oğlu Atabəy Əbubəkr (1191–1210) 1203-cu ildə Şəmkir yaxınlığındakı döyüşdə müttəfiqlərə (gürcü çariçası Tamara, Şirvanşah I Axsitan və düŞmənlər tərəfə keçmiş qardaşı Əmirmiran) məğlub olaraq qaçmağa məcbur oldu. Gəncə Əmirmiranın əlinə keçdi. Atabəy qədim Azərbaycan dilində "qəyyum" deməkdir. Bu adla adlanan digər obyekt Atabəy türbəsidir. Möminə xatın türbəsi kimi daha çox tanınan bu sərdabə 1186-cı ildə Atabəy Məhəmməd Cahan Pəhləvanın xanımı üçün Naxçıvanda tikilmışdır. Kürdəmir rayonunun Sığırlı kəndində Atabəyli məhəlləsi, Qazaxıstanda Atabəy kəndi, Tatarıstanın Kukmara rayonunda Atabay adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Cənubi Azərbaycanda Atabəyli, Bağatabəy adlı kəndlər vardır.

Tarixi

Tarixi abidələri Kəndin yaxınlığında Qalaboynu qalası yerləşir.

Coğrafiyası və iqlimi Kənd Şəkərbəy silsiləsinin ətəyində yerləşir.

Əhalisi Əhalisi 654 nəfərdir (2009).

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şəmkir rayonunun kəndləri