"Hallucination" — Farer adaları müğənnisi və mahnı müəllifi Sissalın ifa etdiyi mahnı. Güclü bağlılıq hiss edilən bir insanla qarşılaşma təcrübəsi kimi xarakterizə olunan kompozisiya 6 fevral 2025-ci il tarixində "Virgin" leyblı vasitəsilə işıq üzü görmüşdür. Mahnı Sissal tərəfindən Kris Rode-Frisk, Line Spanqsberq, Linea Deb, Malte Yohansen və Melani Qabriella Ayrapetyan ilə birgə qələmə alınmışdır. Kompozisiya 2025 Avroviziya Mahnı Müsabiqəsi]ndə Danimarkanı təmsil etmiş, həmçinin Danimarka, Litva, İsveç, Yunanıstan və İsveçrənin musiqi qrafiklərinə daxil olmuşdur.

Yaradılması "Hallucination" mahnısı Sissal, Line Spanqsberq, Linea Deb, Melani Qabriella Ayrapetyan, Kris Rode-Frisk və Malte Yohansen tərəfindən yazılmış və ərsəyə gətirilmişdir. Sonuncu iki musiqiçi və Coy Deb mahnının prodüserliyini öz üzərlərinə götürmüşdülər. Sisdalın təsvirinə görə, bu kompozisiya "bağlılığın o qədər real göründüyü və az qala qeyri-real xarakter aldığı bir insanla rastlaşmaq" haqqındadır. "Wiwibloggs" portalı bu rəqs musiqisini EDM üslubundan ilhamlanan bir əsər kimi qiymətləndirmişdir.

Avroviziya mahnı müsabiqəsi Daxili seçim

"Dansk Melodi Grand Prix 2025" – Danimarka Yayım Korporasiyası (DR) tərəfindən ölkəni 2025 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək ifaçını müəyyənləşdirmək məqsədilə təşkil olunan milli final layihəsidir. 2025-ci ildə keçirilən müsabiqənin televiziya finalında səkkiz mahnı yarışmış, yekun şou isə 1 mart 2025-ci il tarixində baş tutmuşdur. Qalib iki mərhələdən ibarət səsvermə ilə seçilmişdir. 24–28 fevral tarixlərində və yenidən 1 martda – canlı yayım zamanı açıq olan birinci mərhələnin nəticələrinə görə ən yaxşı üç mahnı superfinala yüksəlmiş, burada isə səsvermənin ikinci mərhələsi qalibi təyin etmişdir. Hər iki mərhələnin nəticələri tamaşaçı və münsiflər heyətinin yarıbayarı (50/50) nisbətində formalaşan səslərinə əsaslanmışdır. Münsiflər heyəti 10 beynəlxalq və 10 danimarkalı üzvdən təşkil olunmuşdur.

Sissalın "Dansk Melodi Grand Prix 2025" yarışmasında iştirak edəcəyi 6 fevral 2025-ci il tarixində rəsmən açıqlanmışdır. Finalda bu kompozisiya digər iki iddiaçı – "Adel the Second"ın "The Unluckiest Boy Alive" və Tim Şounun "Proud" mahnıları ilə birlikdə superfinal mərhələsinə vəsiqə qazanmışdır. Mahnı superfinalda münsiflər heyətindən 20 xal, tamaşaçılardan isə 18 xal (cəmi 38 xal) toplayaraq yekun qələbəni təmin etmiş və Danimarkanı 2025 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır.

Müsabiqədə 2025 Avroviziya Mahnı Müsabiqəsi İsveçrənin Bazel şəhərində yerləşən "St. Jakobshalle" kompleksində təşkil olunmuşdur. Müsabiqə 13 və 15 may 2025-ci il tarixlərində keçirilən iki yarımfinal və 17 may 2025-ci il tarixində baş tutan final mərhələsindən ibarət olmuşdur. 28 yanvar 2025-ci ildə reallaşan püşkatma nəticəsində Danimarka ikinci yarımfinal mərhələsində çıxış etmək imkanı əldə etmişdir. Sonradan Sislın yarımfinalda 11-ci nömrə altında – Mariam Şengeliyadan sonra və "Adonxs"dan əvvəl səhnəyə çıxması müəyyənləşdirilmişdir. Danimarka son altı il ərzində və 2020-ci illər tarixində ilk dəfə final mərhələsinə yüksələrək uğursuzluqlar seriyasına son qoymuşdur. Finalın yekununda ölkə təmsilçisi 23-cü pillədə qərarlaşmışdır.

Yaradıcı heyət

Musiqiçilər Sissal Yohanna Norberq Niklasen – vokal Coy Deb – proqramlaşdırma, bas, sintezator, zərb alətləri Malte Yohansen – proqramlaşdırma, bas, sintezator, zərb alətləri Kristofer Rode-Frisk – sintezator Linea Deb – bek-vokal Melani Qabriella Heyrapetyan – bek-vokal

Texniki heyət Holger Lagerfeldt – masterinq Coy Deb – miksinq, prodüserlik Kristofer Rode-Frisk – prodüserlik Malte Yohansen – prodüserlik

İstinadlar

Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2025-ci ilin mahnıları Kateqoriya:2025-ci ilin sinqlları