İran Milli Müqavimət Şurası (İMMS; , latın qrafikası ilə: Šurā-ye melli-e moqāvemat-e Īrān) Fransa və Albaniyada yerləşən ə\slən iranlı olan şəxslərin təsis etdiyi və İranla bağlı olan siyasi təşkilat"U. S. Senators Meet With Maryam Rajavi In Albania" . Radio Farda. 14 avqust 2017.Irish, John (12 yanvar 2025). "Trump's Ukraine envoy says world must reinstate 'maximum pressure' on Iran". Reuters..

Şura 1981-ci ildə Məsud Rəcəvi və Əbülhəsən Bənisədr tərəfindən təsis edilib, hazırda Məryəm Rəcəvi tərəfindən idarə edilir."Massoud Rajavi" . Encyclopædia Britannica. O, İrandakı dini-siyasi rejimə qarşı ən uzunömürlü fəal siyasi ittifaqıdırEnemies of the Ayatollahs: The Iranian Opposition's War on Islamic Fundamentalism, Mohammad Mohaddessin, 2004, s. 76..

İMMS, İslam Respublikasının devrilməsini tərəfdar çıxan İranın Xalq Müqavimət Təşkilatı (İXMT) başda olmaqla İran müxalifət qruplarının koalisiyasıdır.Irish, John. "Dissident leader abroad urges Iranians to bring down Khamenei" . Reuters."Exiled Iranian opposition group in Paris for talks" . France24. 22 iyun 2013."Iranian dissidents plot a revolution from Albania". The Japan Times. 13 mart 2020. Qurum özünü sürgündəki müstəqil parlament kimi təqdim edir və hazırkı hökumətin süqutundan sonra İranda demokratik müvəqqət hökuməti qurmağa hazır olduğunu bəyan edir."Who is Maryam Rajavi?: Biography, Everything About Her Life, Values & Vision" . Maryam Rajavi. Təşkilat akademiklər və jurnalistlər tərəfindən çox zaman İXMT-nin siyasi və ya diplomatik qanadı kimi xarakterizə edilir.Bax: US News; Foreign Policy; Middle East Eye; RAND National Defense Research Institute; Reuters; Justia Law; Harmon & Bowdish (2018); Middle Eastern Studies (2018); AP News (2017).Fayazmanesh, Sasan (2008). The United States and Iran: Sanctions, Wars and the Policy of Dual Containment. Routledge. s. 79, 81.

2002-ci ildə İMMS Nətənzdə gizli saxlanılan uran zənginləşdirmə qurğusunun olduğunu açıqlayıb ki, bu da İranın nüvə proqramı ilə bağlı ciddi narahatlıqlara səbəb olub.Tabatabai, Ariane M.; Dolzikova, Darya (2019). "Chapter 5. Case Study". Nuclear Safeguards, Security, and Nonproliferation. Butterworth-Heinemann. s. 115–120.Gaietta, Michele (2015). The Trajectory of Iran's Nuclear Program. Palgrave Macmillan. s. 148.Friedrichs, Gordon (fevral 2014). Smart Security Council? Analyzing the effectiveness of targeted sanctions. Anchor Academic. .

Şura 1997-ci ildə ABŞ hökuməti tərəfindən Xarici Terror Təşkilatı Siyahısına daxil edilib, 2012-ci ildə İXMT ilə birlikdə bu siyahıdan çıxarılıb.Boon, Kristen; Huq, Aziz Z. (2012). Global Stability and U. S. National Security. Oxford University Press. .Shane, Scott (21 sentyabr 2012). "Iranian Dissidents Convince U. S. to Drop Terror Label" . New York Times.

On maddəlik məramnamə İMMS İranın gələcəyi üçün hazırladınğı məramnaməyə aşağıdakılar daxildir:

"Ümumi seçki hüququ" prinsipinə əsaslanan seçkilərin keçirilməsi; "Fərdi azadlıqlara hörmət", "ifadə azadlığı" və "azad toplaşma" ilə çoxşaxəli siyasi sistemin formalaşdırılması; Ölüm cəzasının ləğvi; Dini təsisatların dövlətdən ayrılması, dini ayrı-seçkiliyə qadağa qoyulması; İranda qadınlar üçün tam gender bərabərliyinin bərqərar edilməsi; İranda ədliyyə sisteminin modernləşdirilməsi, şəriət hüququnun ləğvi və yeni hüquqi-müdafiə institutlarının yaradılması; "Ümumdünya insan hüquqları Bəyannaməsi"in (və "İran Kürdüstanı üçün muxtariyyət" sənədinin) icrası; "İnvestisiya və məşğulluğun", "xüsusi mülkiyyətin" qorunması və bazar iqtisadiyyatının gücləndirilməsi tədbirlərinin görülməsi; Digər dövlətlərlə "dinc yanaşı yaşama" prinsipinə əsaslanan xarici siyasətin yürüdülməsi; Nüvə silahlarından imtina; "Kütləvi qırğın silahlarından" imtinaBerman, Ilan (2020). The Fight for Iran: Opposition Politics, Protest, and the Struggle for the Soul of a Nation. Rowman & Littlefield. s. 17–18.ISIS: Defining the Enemy: Hearing Before the Subcommittee on Terrorism, Nonproliferation, and Trade. 2015..

Tarix

Quruluşu Əbülhəsən Bənisədr 1979-cu ildə Ayətullah Xomeyninin dəstəyi ilə İran prezidentliyinə yüksəldi. Bənisədr din xadimlərinin İranı birbaşa idarə etməməsi mövqeyini tutaraq İslam radikalları ilə hakimiyyət mübarizəsinə girdi və 17 iyun 1981-ci ildə İslam Məşvərət Şurası tərəfindən prezidentlik vəzifəsindən uzaqlaşdırıldı.

20 iyun 1981-ci il kimi uzaqlaşdırılmaya etiraz aksiyaları zorakılıqla bastırıldı; Bənisədr İXMT-dəki müttəfiqləri, o cümlədən Məsud Rəcəvi ilə birlikdə 29 iyun 1981-ci ildə Parisə qaçdı. Xomeyni rejimi Pəhləvi diktaturasını bir sıra cəhətlərdən geridə qoymuşdu: qadın və azlıq hüquqlarının ləğvi, mediada senzura, müxalifət mətbuatına qadağa bunların arasında idi."Iranian Women Are Still Fighting" . Time."Wavelength" . University of Massachusetts Boston. 03 (04). 1982.Svensson, Isak (2013). Ending Holy Wars: Religion and Conflict Resolution in Civil Wars. University of Queensland Press. .

Parisdə sürgündə olan Məsud Rəcəvi və Bənisədr İMMS-i qurdular.Katzman 2001, s. 101.Abrahamian 1989, s. 243.Keddie 2006, s. 253. Koalisiyaya həmçinin Milli Demokratik Cəbhə, İranın Kürdüstan Demokrat Partiyası və Azlıq Fədayanları adlanan qurumlar da qoşuldu.Goulka et al. 2009, s. 2–3.

İMMS-in qurulması Məsud Rəcəviyə İslam Respublikası əleyhdarı qanadda liderliyi əldə etmək imkanı verdi və İXMT-ni İslam Respublikasının yerini tutacaq gələcək hökumət üçün ideoloji strukturlar yaratmaqda aparıcı mövqeyə çıxardı.Piazza 1994, s. 13. 1983-cü ilin yanvarında İraq Baş nazirinin müavini Tariq Əziz və İMMS sədri Məsud Rəcəvi "1975-ci il Əlcəzair Sazişində müəyyənləşdirilmiş sərhədlərin qarşılıqlı tanınması" əsasında sülh planı imzaladılar. Ceyms Piazzanın fikrincə, bu sülh təşəbbüsü İMMS-in "həqiqi sürgündəki hökumət" kimi ilk diplomatik aktı oldu.Piazza 1994, s. 9–43.

1983-cü ildə İMMS-in bir sıra üzvləri İXMT ilə, xüsusilə onun İraqla ittifaqı ilə bağlı anlaşmazlıqlar üzündən koalisiyadan ayrıldı.Mark Edmond Clark (2016), "An Analysis of the Role of the Iranian Diaspora in the Financial Support System of the Mujahedin-e-Khalq", David Gold (red.), Terrornomics, Routledge, s. 70, ."The Mojahedin-e-Khalq (MEK) or People's Mojahedin Organization of Iran (PMOI)" (PDF). Congressional Research Service. 24 mart 1983-cü ildə Bənisədr rəsmi olaraq şuradan istefa etdi.Boroujerdi, Mehrzad (2018). Postrevolutionary Iran: A Political Handbook. Syracuse University Press. s. 18. .

1986-cı ildə Fransa hökuməti İslam Respublikası ilə münasibətlərini yaxşılaşdırmaq məqsədilə Parisdəki İMMS qərargahını bağlatdı. Rəcəvi və İMMS əsas fəaliyyətlərini İraqın paytaxtı Bağdada köçürdü.Abrahamian 1989, s. 258.

1993-cü ildə İXMT-nin baş katibi və Məsud Rəcəvinin həyat yoldaşı Məryəm Rəcəvi İMMS-in prezident-seçilmişi oldu.Cohen 2009, s. 12.

Həmin ildə İtaliyadakı İMMS nümayəndəsi Məhəmmədhüseyn Nəqdi öldürüldü və nəticədə Avropa Parlamenti İran İslam Respublikasının siyasi cinayətlərini pisləyən qərar qəbul etdi.Cohen, Ronen (avqust 2018). "The Mojahedin-e Khalq versus the Islamic Republic of Iran: from war to propaganda and the war on propaganda and diplomacy". Middle Eastern Studies. 54 (6): 1000–1014. .Chicago Tribune wires, 'Iraq Denies Link with Death of Opposition Leader in Rome', Chicago Tribune (17 mart 1993), s. 4.Safa Haeri, 'A bad month', Middle East International, № 463 (19 noyabr 1993), s. 11.

Nüvə ifşası (2002) 2002-ci ildə İMMS İranda Nətənz və Ərakdakı nüvə qurğularını ifşa etdi. Bunun ardından İran "Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin pozulması"nda müqəssir elan edildi və ölkənin nüvə proqramına məhdudiyyətlər qoyulmağa başlandı."Chronology of Iran's Nuclear Program" . The New York Times. 8 avqust 2005.

Fransada cinayət işi 2003-cü ildə Fransız polisi 167 İXMT fəallarını həbs etdi və İMMS sədri Məryəm Rəcəvi daxil olmaqla 24 nəfər rəsmi istintaqa cəlb edildi. 11 illik istintaqdan sonra 2014-cü ildə Fransız məhkəmələri ittihamları rədd etdi."France drops case against Iranian dissidents after 11-year probe" . Reuters. 17 sentyabr 2014.

İnsan hüquqları fəaliyyəti İMMS son otuz ildə İrandakı insan hüquqlarının pozulması faktlarını BMT-nin Xüsusi Məruzəçilərinə, İnsan Hüquqları üzrə Ali Komissarlığına, Beynəlxalq Əfv Təşkilatına və digər beynəlxalq insan hüquqları qurumlarına bildirmişdir.UK House of Commons, Foreign Affairs Committee publication . 10 iyun 2013."Iranian dissident and French lawmakers urge new policy on Iran" . Reuters. 5 dekabr 2012."Time to bring Iranian regime to justice" . Arab News. 2 sentyabr 2021."Iranian exiles file rights abuse claim in UK against Raisi" . France 24. 13 oktyabr 2021.

ABŞ Konqresinin qətnaməsi (2020) 2020-ci ilin iyununda ABŞ Nümayəndələr Palatasının üzvlərinin əksəriyyəti Məryəm Rəcəvi və İMMS-in "dünyəvi, demokratik İran" çağırışını dəstəkləyən və eyni zamanda İranın dövlət dəstəkli terrorunu pisləyən "ikitərəfli qərarı" təsdiq etdi. Louie Gohmert və Sheila Jackson Lee daxil olmaqla, 221 deputat tərəfindən dəstəklənən qərar, Rəcəvinin "ümumi seçki hüququ, bazar iqtisadiyyatı və nüvəsiz İran" kimi müddəaları özündə birləşdirən 10 maddəli planını bəyəndi"Majority of House members back resolution supporting Iranian opposition, condemning regime's terror" . Fox News. 17 iyun 2020."'The world is watching': Lawmakers tout bipartisan resolution condemning Iran" . 17 iyun 2020..

Belçika məhkəməsinin hökmü (2021) 2021-ci ilin fevralında Antverpendəki Belçika məhkəməsi 2018-ci ilin iyununda Parisdən kənarda keçirilən İMMS mitinqini bombalamağa hazırlaşdığı üçün Vyanadakı İran səfirliyi əməkdaşı Əsədullah Əsədini 20 il həbsə məhkum etdi. O, 2018-ci ilin iyununda Almaniyada tutulmuşdu. İran mənşəli bir Belçika cütlüyü partlayıcı və detonatorla birlikdə həbs edildi. Dördüncü şübhəli, Belçika-İran vətəndaşı olan şair Mehrad Ərafani isə Parisdə həbs edilərək iştirakçı kimi ittiham edildi. Üçü də Belçika məhkəməsində planın icrasında iştirak etdikləri üçün 15–18 il həbs cəzasına məhkum edildi."France bomb plot: Iran diplomat Assadollah Assadi sentenced to 20 years" . BBC News. 4 fevral 2021.

2025–2026-cı il İran etirazları 2025–2026-cı il İranda kütləvi etirazlar zamanı İMMS nümayəndələri İranda demokratiyaya doğru "real addımlar atılması" çağırışında oldu."Protesten Iran breiden uit, zoon laatste sjah vraagt stadscentra in te nemen". De Standaard. 10 yanvar 2026.

Müvəqqəti hökumət bəyanatı (2026) Rəcəvi 2026 İran müharibəsinin başlamasının ardından 28 fevral 2026-cı ildə "İran Müqavimətinin Milli Şurasının Müvəqqəti Hökumətinin" qurulduğunu elan etdi."Iranian Resistance Announces Provisional Government, Mobilizes For A Democratic Republic". Eurasia Review. 28 fevral 2026.

Siyasi mövqe

On maddəlik plan (2006) 2006-cı ilin aprelindəki Avropa Şurasının iclasında Məryəm Rəcəvi hərəkatın gələcək İran üçün visionunu izah etdi və On Maddəlik Plan təqdim etdi."NCRI Website: Maryam Rajavi's Ten Point Plan for Future Iran" . Arxivləşdirilib: 2016-12-27."Iran Rebels See Hardliner Ebrahim Raisi as Chance to Bring Down Regime" . NewsWeek. 9 iyul 2021."US Congress introduces resolution in support of push for democracy and freedom in Iran" . Arab News. 8 fevral 2023.Berman, Ilan (5 iyul 2019). "Making Sense of The MeK" . National Interest. Plan, ölüm cəzasının ləğvini, müasir hüquq sisteminin yaradılmasını və hakimlərin müstəqilliyini nəzərdə tutduğuna görə "İranı kökündən dəyişdirəcək" proqram kimi dəstəkləndi. Liverpullu Lord Alton 8 dekabr 2016-cı ildə Lordlar Palatasındakı müzakirədə bildirdi ki, manifest İranın gələcəyindən Həmas, Hizbullah və digər silahlı qruplara maliyyə dəstəyinin dayandırılmasına söz verdiyini ortaya qoyur."House of Lords Hansard Volume 777, Lords Chamber, Iran: Human Rights, 08 December 2016" .

Roma mitinqi (2025)