Fransa 2026 Avroviziya Mahnı Müsabiqəsində — Fransanın 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirakı. Fransa 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Kristofer Koen, Fredi Marşe, Maksim Moriz və Fred Savio tərəfindən qələmə alınmış, Monronun ifasında "Regarde!" mahnısı ilə təmsil olunacaqdır. Müsabiqədə iştirak edən Fransanın "France Télévisions" telekanalı təmsilçini daxili seçim yolu ilə müəyyənləşdirmişdir.
"Böyük Dördlük" üzvü kimi Fransa Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində birbaşa iştirak etmək hüququna malikdir.
Daxili seçim 2 mart 2026-cı il tarixində bir neçə Fransa mətbuat orqanı Fransa-Amerika mənşəli müğənni Monro Riqbinin 2026-cı il müsabiqəsində Fransanın təmsilçisi olaraq seçildiyi barədə məlumat yaymışdır. Bu xəbər daha sonra – 6 mart 2026-cı il tarixində "France Télévisions" tərəfindən təsdiqlənmiş və eyni zamanda ifaçının müsabiqə mahnısı olan "Regarde!" ictimaiyyətə təqdim edilmişdir.
Təbliğat kampaniyası Müsabiqədəki iştirakının təbliği çərçivəsində Monro 11 apre 2026-cı il tarixində Amsterdamda təşkil olunan "Eurovision in Concert" tədbirinə qatılmışdır. O, 30 aprel 2026-cı il tarixində Varşava şəhərinə yollanaraq Polşa təmsilçisi Alisiya Şemplinskaya ilə görüşmüş, daha sonra isə onunla birlikdə TVP2 telekanalında yayımlanan "Pytanie na śniadanie" səhər proqramının qonağı olmuşdur.
Avroviziya Mahnı Müsabiqəsində 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Avstriyanın Vyana şəhərindəki "Wiener Stadthalle" arenasında baş tutacaq, müvafiq olaraq 12 və 14 may tarixlərində keçiriləcək iki yarımfinal və 16 may 2026-cı il tarixində reallaşacaq böyük final mərhələlərindən ibarət olmuşdur. Ev sahibi ölkə və Böyük Dördlük (Fransa, Almaniya, İtaliya və Böyük Britaniya) istisna olmaqla, bütün digər dövlətlər finala keçmək üçün yarımfinal turnirlərində mübarizə aparmalıdırşlar. Hər yarımfinaldan ən yaxşı nəticə göstərən on ölkə finala vəsiqə qazanır. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərhələsi hər bir ölkənin hansı yarımfinalda və şounun hansı hissəsində çıxış edəcəyini müəyyənləşdirmişdir. Avropa Yayım İttifaqı əvvəlki müsabiqələrin səsvermə statistikasını əsas götürərək iştirakçı ölkələri fərqli səbətlərə bölmüşdür.
İstinadlar
Kateqoriya:Ölkələr 2026 Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Fransa Avroviziya Mahnı Müsabiqəsində