Qrete və Yörgen İnqmann () — 1956-cı ildə fəaliyyətə başlamış Danimarka pop dueti. Kollektivin tərkibinə Qrete İnqmann (1938–1990)Биография Греты Ингманн, " Grethe Ingmann « , на Dansk Film Database və Yörgen İnqmann (1925–2015)Биография Йёргена Ингманна, » Jørgen Ingmann " , на danskefilm.dk daxil olmuşdular. Onlar 1963-cü il Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı təmsil etmiş və yarışmanın qalibi olmuşdular.KENNEDY O’CONNOR John, The Eurovision Song Contest. 50 Years. The Official History, Londres, Carlton Books Limited, 2005, p.22.
Tarixi 1955-ci ildə Qrete Klemmensen və Yörgen İnqmann "La Girafe" məkanında tanış olmuşdular. 17 dekabr 1956-cı il tarixində onlar rəsmi nikaha daxil olmuşdurlar. Elə həmin il "Qrete və Yörgen İnqmann" duetinin əsası qoyulmuşdur. 1957-ci ildə kollektiv öz ilk sinqlını yazdırmışdır. Duet Danimarka, İsveç və Norveçdə bir neçə qastrol səfəri həyata keçirmişdir. Tezliklə onların sinqlları bütün Skandinaviyada populyarlıq qazanmış və qrupun tanınma dərəcəsi yüksəlməyə başlamışdır.
Musiqiçilər duetlə yanaşı, paralel olaraq solo karyeralarını da davam etdirmişdilər. Yörgen İmqmann bəstəkar Cerri Lordanın "Apache" kompozisiyası ilə 1961-ci ildə özünün ən böyük kommersiya uğurunu qazanmışdır. Onun ifa etdiyi versiya Amerika Birləşmiş Ştatlarında "The Shadows" qrupunun variantından daha əvvəl işıq üzü görmüşdür. Yörgen İnqmannın bu ifası ABŞ-nin musiqi reytinqlərində ikinci pilləyə qədər yüksəlmişdir. Qrete İnqmann ilk beynəlxalq uğurunu 1963-cü ildə təqdim etdiyi "Hello Boy!" mahnısı ilə qazanmışdır.
1963-cü ildə Qrete və Yörgen İnqmann "Dansk Melodi Grand Prix" müsabiqəsində "Dansevise" mahnısı ilə iştirak etmişdilər. Sözügedən yarışmada qalib gələrək 1963-cü il Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı təmsil etmək hüququ əldə etmişdilər. "Avroviziya" səhnəsində Finlandiya təmsilçisindən sonra, Yuqoslaviyadan isə əvvəl — səkkizinci sırada çıxış etmişdilər. Səsvermənin yekununda 42 xal toplayaraq müsabiqənin qalibi olmuş və Danimarkaya bu yarışmadakı ilk qələbəsini qazandırmışdırlar. "Avroviziya"dakı zəfərdən sonra duet qalib mahnının ingilis və alman dillərindəki versiyalarını da yazdırmışdır. Bu kompozisiya da Avropada geniş populyarlıq qazanmışdır.
Buna baxmayaraq, onların qələbəsi müsabiqə tarixində ilk səsvermə qalmaqalının yaşanmasına səbəb olmuşdur. Norveç münsiflər heyətinin sözçüsü Roald Öyen elan proseduruna tam riayət etməmiş və xalları təqdim edərkən səhvə yol vermişdir. Müsabiqənin aparıcısı Keti Boyl ondan nəticələri düzgün ardıcıllıqla təkrarlamasını xahiş etdikdə, Roald Öyen digər bütün ölkələr öz xallarını bildirdikdən sonra, səsvermənin sonunda Norveç ilə yenidən əlaqə saxlanılmasını istəmişdir. Standart prosedur başa çatdıqdan sonra İsveçrə 42 xalla liderlik edirdi, Danimarka isə 40 xalla ikinci sırada qərarlaşmışdı, lakin Keti Boyl yenidən Norveç münsiflər heyəti ilə əlaqə yaratdıqda, Roald Öyen əvvəl elan etdiyindən fərqli nəticələr oxumuşdur. Ballar lövhəsindəki göstəricilər düzəldildikdən sonra Danimarkanın xalları 42-yə yüksəlmiş, İsveçrənin xalları isə 40-a enmişdir. Nəticədə Danimarka müsabiqənin qalibi elan olunmuşdur.
1963-cü ildən 1965-ci ilə qədər duet Skandinaviyada bir çox musiqi festivallarında iştirak etmişdir. Onlar beynəlxalq hitləri Danimarka dilinə uyğunlaşdırmışdılar, lakin gözlənilən kommersiya uğurunu qazana bilməmişdilər. Kollektivin Almaniya musiqi bazarına daxil olmaq cəhdləri də eyni nəticəni vermişdir.
Qrete İnqmann Baden-Badendə keçirilən "Schlagerfestival" solo musiqi festivalında iki dəfə iştirak etmişdir. 1963-cü ildə o, "Der King von Solo" mahnısı ilə beşinci yeri tutmuşdur. 1965-ci ildə isə müğənni "Summerwind" kompozisiyası ilə yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Hər iki mahnının kommersiya uğuru məhdud çərçivədə qalmışdır. 1966-cı ildə "Summerwind" mahnısı Frenk Sinatra tərəfindən Conni Merserin rəhbərliyi ilə yenidən ifa olunduqdan sonra beynəlxalq miqyasda böyük uğur qazanmışdır. Yörgen İnqmann "Metronome" səsyazma leyblında istehsalat direktoru vəzifəsində çalışmağa başlamışdır.
Vəfatları Qrete İnqmann 18 avqust 1990-cı il tarixində, 54 yaşında qaraciyər xərçəngi səbəbindən vəfat etmiş və Sandbi qəbiristanlığında dəfn olunmuşdur. Bu hadisədən 25 il sonra, 2015-ci ildə Yörgen İnqmann ömrünün 90-cı ilində ürək dayanması nəticəsində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Danimarkanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Musiqi duetləri