thumb|Oturma aksiyası — ictimai hərəkat repertuarının növlərindən biri.
İctimai hərəkat repertuarı — müəyyən bir zaman kəsiyində hərəkat və ya onunla əlaqəli təşkilat üçün əlçatan olan, etirazlarla əlaqədar müxtəlif alətlər və fəaliyyətlər məcmusudur.
Təsvir
Repertuarlar çox vaxt sosial subyektlər arasında bölüşdürülür; hər hansı bir qrup (təşkilat, hərəkat və s.) müəyyən bir alət və ya fəaliyyəti müvəffəqiyyətli hesab etdikdə, bu üsul zaman keçdikcə böyük ehtimalla digərlərinə də yayılır. Bununla belə, müəyyən seçimlər təqdim etməkdən əlavə, repertuarlar bir məhdudiyyət kimi də nəzərdən keçirilə bilər. Çünki insanlar adətən özlərinə tanış olan alətlərə və fəaliyyətlərə fokuslanmağa meyil göstərirlər, onların fəaliyyət dairəsindən kənar olan yeni metodlara isə nadir hallarda rast gəlinir.
İctimai hərəkatın ümumi repertuarlarına aid olan fəaliyyət və alətlərə bunlar daxildir, lakin onlarla məhdudlaşmır: xüsusi ittifaq və koalisiyaların yaradılması, kütləvi mitinqlər, təntənəli yürüşlər, sükut aksiyaları, mitinqlər, nümayişlər, oturma aksiyaları, ərizələr, ictimai KİV-ə və KİV vasitəsilə bəyanatlar, boykotlar, tətillər və broşüralar. Repertuarlar zamanla dəyişir və məkandan asılı olaraq fərqlənə bilər. Onlar həm iştirakçıların nə etməyi bacardıqları, həm də cəmiyyətin onlardan nə gözlədiyi ilə müəyyən olunur. Müasir ictimai hərəkatın yüksəlişindən əvvəlki dövrlərə aid olan ilkin repertuarlara ərzaq qiyamları və quldurluq daxil idi. Kollektiv etiraz repertuarlarının dəyişən xarakteri Britaniyanın etiraz repertuarının bariz nümunəsi olan "şivən musiqisi" () adətində də görünə bilər: bu, icmanın digər üzvlərinin normalarını pozan bir və ya bir neçə şəxsə qarşı tətbiq edilən alçaldıcı və gurultulu kütləvi cəzalandırma forması idi. Başqa bir nümunə kimi, son illərdə internetə yönəlmiş yeni repertuarların inkişaf etdiyini göstərmək olar. Son zamanlar alimlər "ənənəvi" və "müasir" repertuarlarla yanaşı, yeni bir "rəqəmsal" repertuarın da yarana biləcəyi ideyasını irəli sürürlər. COVID-19 ilə mübarizə nəticəsində fiziki və rəqəmsal məkanın kəsişməsində Yunus Berndt tərəfindən təsvir edilən "insansız (iştirakçısız) etirazlar" formalaşmışdır.
Bu termin daha çox sosial hərəkatlar nəzəriyyəsi kontekstində işlədilməsinə baxmayaraq, istənilən siyasi subyektə tətbiq oluna bilər. Kollektiv etiraz repertuarları müasir ictimai hərəkatın yaranmasından (əksər alimlərin fikrincə, XVIII əsrin sonu — XIX əsrin əvvəlləri) əvvəl də mövcud olmuşdur.
Bu terminin müəllifliyi sosioloq Çarlz Tilliyə məxsusdur.
İstinadlar
Kateqoriya:Etiraz aksiyaları Kateqoriya:Növlərinə görə aktivizm Kateqoriya:Sosial hərəkatlar Kateqoriya:Etiraz aksiyaları taktikaları