İbrahim Bəy (1310 – 1362) — Orxan Qazinin həyat yoldaşı Asporça Xatundan doğulan oğludur.
Həyatı Şahzadə İbrahim Orxan Qazinin yaşca üçüncü oğludur. Anası Bizans şahzadəsi Asporça Xatundur. Adı ilk dəfə 1323-cü il tarixli Asporça Xatun vəqfnaməsində çəkilir. Anası Asporça Xatun oğlu İbrahimi öz vəqfinə mütəvəlli (idarəçi) təyin etmişdir. 1324-cü il tarixli Məkəcə vəqfnaməsində şahid qismində adı keçən İbrahim o illərdə Orxan Qazinin yetkinlik yaşına çatmış üç oğlundan biri olaraq görülür. Bu da onun 1300-cü illərin əvvəllərində doğulduğuna və qardaşı Sultan I Muraddan böyük olduğuna işarə edir. 1348-cü il tarixli mülk sənədində () də adı keçən Şahzadə İbrahim heç bir Osmanlı xronikasında yer almır.
Şahzadə İbrahimin Əskişəhər sancaqbəyliyi etdiyi məlumdur. Həmçinin Karesi sancağında yaratdığı vəqflərdən onun burada da fəaliyyət göstərdiyi və vəzifə icra etdiyi başa düşülür.
Vəfatı və dəfni Tarixçilərin bir qismi 1362-ci ildə Orxan Qazinin vəfatından sonra taxta çıxan I Muradın üsyan qaldıran böyük qardaşı İbrahim ilə kiçik qardaşı Şahzadə Xəlili boğdurduğunu iddia edirlər.
Digər bir yanaşma isə bu iddianı şübhəli hesab edir və Şahzadə İbrahimin taxt mübarizəsinə girmədən, daha əvvəl vəfat etmiş ola biləcəyini irəli sürür.
Buna görə Şahzadə İbrahimin dəqiq vəfat tarixi məlum deyil.
Yanko İsgəndər Hoçi "Tarih-i Osmanî Encümeni Mecmuası" jurnalında dərc olunan "Şehzade Halil Sergüzeşti" adlı məqaləsində Şahzadə İbrahimin sənduqəsindən (qəbir daşından) asılmış lövhədəki mənzum yazını yayımlamışdır:
"Bu, Orxan xanın oğlu və uca əcdadlarının xələfidir. Əgər vaxtı çatsaydı, adət-ənənəyə müvafiq olaraq padşah/şah olacaqdı. Nə çarə ki, Allahın təqdiri və hökmü belə imiş, heyif. O, xeyirxahlıqla dolu şəxs bu dünyada muradına çatmadı. Anasını yas içində qoyub axirət yurduna köçdü. Əcəl gəldi; Şahzadə İbrahim getdi."
İbrahimin sənduqəsindəki bu misralardan şahzadənin anası Asporça Xatundan daha əvvəl vəfat etdiyi başa düşülür.
İstinadlar
Kateqoriya:Osmanlı sülaləsi