Zakariya Savo (, ) — Qambiya əsilli isveçli peşəkar futbolçu.

Hal-hazrıda Azərbaycanın Qarabağ FK klubunda hücümçu kimi çıxış edir.

Klub karyerası

Karyerasının ilk illəri Savo gənclik illərində "Oksi", Malmö, "BK Olimpik", "Landskruna" klubunda oynamışdır. 2018-ci ilin yanvarında peşəkar futbolçu kimi karyerasına "BK Olimpik" klubunda başlamışdır. Burada 8 oyunda meydana çıxaraq 1 qol vurmuşdur.

"Rozengard" 2018-ci ilin iyul ayında o, klubunu dəyişərək "Rozengard" klubuna keçmişdir. "Rozengard"da 2 il forma geyinən futbolçu 39 oyunda meydana çıxaraq 6 qol vurmuşdur.

"Oskarshamns AIK" 2021-ci ilin yanvar ayında azad agent kimi İsveçin "Oskarshamn" klubuna qoşulmuşdur. O, klubda debütünü 20 fevral 2021-ci ildə İsveç Kubokunda "AİK" klubuna qarşı keçirilən matçın 58-ci dəqiqəsində əvəzetmədən meydana daxil olaraq etmişdir.

Çempionatda ilk matçını 3 aprel 2021-ci ildə "Utsikten" klubuna qarşı keçirdi və meydana əsas heyətdə çıxdı. Klubdakı ilk qolunu 15 may 2021-ci ildə "Österlen" klubuna qarşı matçda vurdu. Mövsümün yekunlarına görə klubla birlikdə Birinci Divizionun bürünc mükafatçısı oldu.

Klubdakı yeni mövsümünə 2 aprel 2022-ci ildə "Venersborq" klubuna qarşı matçda əsas heyətdə meydana çıxaraq və mövsümdəki ilk qolunu vuraraq başladı. Klubdakı ilk dublunu 9 aprel 2022-ci ildə "Lindome" klubuna qarşı matçda rəsmiləşdirdi. Klubda növbəti dublunu 23 iyun 2022-ci ildə "Otvidaberq" klubuna qarşı matçda etdi. Mövsümün ilk yarısında oyunçu 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldı.

2021-ci il mövsümündən sonra onun qollarından biri Ettan Södra divizionunda ilin qolu seçilmişdir.

"Start" 2022-ci ilin iyulunda o, "Oskarshamn" klubunu tərk edərək Norveçin "Start" komandasına keçmişdir.

Klubda debütünü 4 avqust 2022-ci ildə "Brann" klubuna qarşı matçda əsas heyətdə meydana çıxaraq etmişdir. Klubdakı ilk qolunu növbəti matçında, 8 avqust 2022-ci ildə "Bryne" klubuna qarşı vurdu. Debüt mövsümünün yekunlarına görə klubla birlikdə çempionatın bürünc mükafatçısı oldu və yuxarı liqaya yüksəlmək hüququ qazanmaq üçün pley-off matçlarına yollandı. 13 noyabr 2022-ci ildə "Konqsvinger" klubuna qarşı keçirilən pley-off matçının yekununda minimal hesabla məğlub olaraq yüksək liqaya yüksələ bilməşdir.

Klubdakı yeni mövsümünə 3 may 2023-cü ildə "KFUM" klubuna qarşı matçın 71-ci dəqiqəsində əvəzetmədən meydana daxil olaraq başladı. Mövsümdəki ilk qolunu və eyni zamanda məhsuldar ötürməsini 7 may 2023-cü ildə "Hödd" klubuna qarşı matçda rəsmiləşdirdi. Mövsümün ilk yarısında əsas komandanın heyətində meydana az-az çıxmasına baxmayaraq, keçirdiyi 8 matçda 5 qol vurmağı bacarmışdır.

"Aris" Limasol 2023-cü ilin avqust ayının sonunda Kiprin "Aris" klubuna satılmış və klubla dörd illik müqavilə imzalamışdır. Klubda debütünü 30 sentyabr 2023-cü ildə Limasolun "Apollon" klubuna qarşı matçın 71-ci dəqiqəsində əvəzetmədən meydana daxil olaraq etdi, lakin sonradan birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdur. Həmçinin oyunçu klubun UEFA Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsinə daxil edilməmişdi. Klubdakı debüt qolunu 22 yanvar 2024-cü ildə "Anortosis" klubuna qarşı matçda vurdu. 31 yanvar 2024-cü ildə "Otellos" klubuna qarşı matçda het-trik etmişdir. Debüt mövsümünün yekunlarına görə klubla birlikdə çempionatı dördüncü pillədə başa vurur. Mövsüm ərzində klubun əsas oyunçularından biri kimi çıxış edərək bütün turnirlərdə 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalır.

Yeni mövsümdə ilk matçını 24 avqust 2024-cü ildə "Karmiotissa" klubuna qarşı keçirdir və oyunda qol vurur.

"Yurgorden"

2025-ci il mövsümü 2025-ci ilin mart ayında İsveçin "Yurgorden" klubuna keçmiş və dörd illik müqavilə imzalamışdır.

Futbolçunun transfer məbləği 1.4 milyon avro civarında olmuş, lakin əlavə şərtlərlə bu məbləğ 2 milyon avroya qədər arta bilərdi. O, klubda debütünü 29 mart 2025-ci ildə "Malmö"yə qarşı matçın 77-ci dəqiqəsində əvəzedici kimi meydana daxil olaraq etmişdir. Klubdakı ilk qolunu 27 iyul 2025-ci ildə "Hekken" klubuna qarşı matçda vurmuşdur. Debüt mövsümünün sonunda komandası ilə birlikdə İsveç çempionatını beşinci pillədə başa vurmuşdur. Mövsüm boyu əsasən ehtiyat oyunçular skamyasında yer almış, avqust ayından etibarən isə nadir hallarda meydana çıxmış və mövsümü cəmi bir qolla yekunlaşdırmışdır.

"AEL Limasol" klubunda icarə 2025-ci ilin dekabrında icarə əsasında mövsümün sonuna qədər Kiprin "AEL Limasol" klubuna qoşulmuşdur.

Klubda debütünü 4 yanvar 2026-cı ildə "Etnikos"a qarşı matçın 59-cu dəqiqəsində əvəzedici kimi meydana daxil olaraq etmiş və həmin oyunda ilk qolunu vurmuşdur. Mövsümdəki ilk dublunu 17 yanvar 2026-cı ildə "Akritas Xlorakas"a qarşı matçda etmişdir. Növbəti dublunu 4 aprel 2026-cı ildə Aradippu şəhərinin "Omoniya" klubuna qarşı matçda rəsmiləşdirmişdir. Mövsümün sonunda komandası ilə birlikdə Kipr çempionatını səkkizinci pillədə başa vurmuşdur. Limasol klubunda əsas oyunçulardan biri kimi çıxış edərək bütün turnirlərdə 10 qol vurmuş və komandasının bombardiri olmuşdur. İcarə müddəti bitdikdən sonra Kipr klubunu tərk etmişdir.

"Qarabağ" 24 may 2026-cı ildə o, Azərbaycanın ən böyük və ən uğurlu klubu olan "Qarabağ" klubuna satılmışdır. Savo "Köhlən atlar" ilə 3 illik muqavilə imzalamışdır.

Savo, 20 iyun 2026-cı ildə "Qarabağ"ın Zirə klubu ilə keçirdiyi hazırlıq oyununda meydana çıxaraq "Qarabağın" heyətində debüt etmidşir. 27 iyun 2026-cı ildə "Qarabağ" klubunun Avstriyada yerli Tirol klubu ilə keçirdiyi hazırlıq oyununda isə, "Qarabağ"ın heyətində ikinci oyununda 3 qol vuraraq het-trik etmişdir.

Futbolçunun "Qarabağ"ın heyətində rəsmi oyunlarda debütu və ilk qolu isə, UEFA Avropa Liqasının 2026/27 mövsümünün ilk təsnifat mərhələsində İslandiyanın "Vestri" klubuna qarşı oyunda baş tutmuşdur. Savo, 9 iyul 2026-cı ildə baş tutmuş bu oyunun 30-cu dəqiqəsində qol vurmuş və 86-cı dəqiqədə isə, məhsuldar ötürmə verərək Renaldo Sefasın qol vurmasına şərait yaratmışdır.

Statistika

Klub KlubMövsümLiqaMilli kubokBeynəlxalq kubokCəmiDivizionOyunQolMəhsuldar ötürməOyunQolMəhsuldar ötürməOyunQolMəhsuldar ötürməOyunQolMəhsuldar ötürmə BK Olimpik2018İkinci Divizion Qərbi Yotaland810— —810Cəmi810——810 Rozengord2018İkinci Divizion Qərbi Yotaland1010100 —111020192330510—28402020620——620Cəmi3960610—4570 Oskarshamns AIK2021Ettan Södra2860300—316020221471——1471Cəmi42131300—45131 Start FK20221-ci divizion1331——13312023851100—951Cəmi2182100—2282 Aris Limasol FK2023/24Kipr Birinci Divizionu2271303—25742024/252132100—2232Cəmi43103403—47106 Yurgorden FK2025Allsvenskan1810——1810Cəmi1810——1810 AEL Limasol (icarə)2025/26Kipr Birinci Divizionu1891410—22101Cəmi1891410—22101 Qarabağ FK2026/27Azərbaycan Premyer Liqası000000000000Cəmi000000000000Karyerası ərzində cəmi17139614130002075010Sonuncu dəfə 25 may 2026-cı ildə yenilənib.

İstinadlar

Kateqoriya:AEL Limasol FK futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:İsveç futbolçuları Kateqoriya:İsveçin kişi futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Yurqorden FK futbolçuları Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular