"Avara" () — 1951-ci ildə istehsal olunmuş Hindistan filmi.
Məzmun Rac küçədə anadan olub və orada da yaşayır. Eləcə də kiçik oğurluqla məşğul olur. Onun əsl atası – varlı hakim Raqunat çox illər qabaq arvadını – Racın anasını hamilə olduğuna baxmayaraq evdən qovmuşdu. Rac uşaqlıqda onunla bir məktəbdə oxuyan Rita adlı bir qızla tanış olur. Hakim Raqunat həm də Ritanın qəyyumu olur. Raqunat Ritanın ona şübhəli görünən Racla görüşməsinə etiraz edir və onu başqa şəhərə aparır. Küçədə yaşayan Rac Caqqa ilə tanış olur. Caqqa ona sanki atasını əvəz edir. Rac təsadüfən bilir ki, Caqqa onun atasının anasını evdən qovmasına səbəbkar olub. Rac qəzəbdən Caqqanı öldürür. Onu həbs edirlər. İş elə gətirir ki, məhkəmədə hökmü hakim Raqunat oxuyur. Rac ömrünün 3 ilini həbsdə keçirməli olur. Raca ürəyi yanan isə yalnız Rita olur və onu gözləyəcəyini bildirir.
Film haqqında Film 1953-cü ildə nüfuzlu Kann Kino Festivalında nümayiş etdirilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Müəlliflər: Xoca Əhməd Abbas, V.P. Sate Ssenari müəllifi: Kvaya Əhməd Abbas Rejissor: Rac Kapur Operator: Radhu Karmakar Rəssam: M.R. Axrekar Bəstəkar: Şankar Caykişan Prodüser: Rac Kapur Mahnıların sözləri: Həsrət Caypuri, Şaylendra
Rollarda Aktyor Rol Rac Kapur Rac Raqunat Prithvirac Kapur hakim Raqunat Nərgiz Datt Rita Leyla Çetnis Leyla Raqunat K. N. Sinqh Caqqa Şaşi Kapur Racın uşaqlığı
Mənbə Khwaja Ahmad Abbas; Vasant Sathe; Suhail Akhtar; Vijay Jani, Nasreen Munni Kabir (2010). The Dialogue of Awaara: Raj Kapoor's Immortal Classic. Niyogi Books. ISBN 978-81-89738-54-9.
Xarici keçidlər Hind filmi Avara (Azərbaycan dilində) izlə
Kateqoriya:Hindistan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Melodram filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Rac Kapurun filmləri Kateqoriya:1951-ci ilin filmləri Kateqoriya:Hindcə filmlər Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:Ana-oğul münasibətləri haqqında filmlər Kateqoriya:Bank soyğunu haqqında filmlər Kateqoriya:Digər dillərdə yenidən çəkilmiş hind filmləri Kateqoriya:Evsizlik haqqında filmlər Kateqoriya:Hindistanın romantik komediya-dram filmləri Kateqoriya:Oğurluq haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:Dram filmləri