Əbu Abdullah Əsbəğ ibn əl-Fərəc ibn Səid əl-Üməvi (; ) — Maliki məzhəbinə mənsub fəqih və mühəddis.
Həyatı Hicri 150-ci (767) ildən sonra Misirdə anadan olmuşdur.
O, İbn əl-Qasım, İbn Vəhb, Əşhəb əl-Qeysi, Əbdürrəhman ibn Zeyd ibn Əsləm və başqalarından hədis, fiqh təhsili almışdır. Hədis sahəsində hafizlik, fiqh də isə müctəhidlik mərtəbəsinə yüksəlmişdir.
Onun tələbələri arasında Əbu Hətim ər-Razi, Yəhya ibn Məin, Əhməd ibn Furat və başqaları vardır. O, həmçinin əl-Müzəniyə və Rəbi ibn Süleymana müəllimlik etmişdir.
Əsbəğ ibn əl-Fərəcdən Buxari, Əbu Davud, Tirmizi və Nəsai hədis rəvayət etmişlər. Buxari onun rəvayət etdiyi 21 hədisi öz əsərində qeyd etmişdir.
Əsbəğ ibn əl-Fərəc Misirdə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Misir şəxsləri