Antanta Ali Şurası (Antanta Ölkələrinin Ali Müttəfiq Şurası, "Beşlik Şurası"), Müttəfiqlərarası Ali Hərbi Şura və ya Ali ŞuraВладимир Ильич Ленин, Беседа с корреспондентом американской газеты «The World» Линкольном Эйром, февраль 1920 года. — Antantaya üzv dövlətlərin ən yüksək idarəetmə orqanı idi. 300px|thumb|Antanta Ali Şurasının dörd hərbi nümayəndəsinin katiblər və tərcüməçilərlə görüşü. Ali Şura Birinci Dünya müharibəsinin sonunda yaradılmış və 1920-ci illərin ortalarına qədər mövcud olmuşdur. Ali Hərbi Şura Versalda yerləşirdi. Şura mülki rəhbərlik üçün ikinci dərəcəli məsləhət mənbəyi, potensial atəşkəs şərtlərinin ilkin müzakirələri üçün forum, daha sonra isə sülh müqaviləsi nizamnaməsinin şərtləri (Paris Sülh Konfransı) üçün xidmət edirdi. Onu 1920-ci ildə Səfirlər Konfransı əvəz etmişdi. O, qaliblərin iradəsinə müvafiq olaraq bütün müharibədən sonrakı dünyanın taleyini həll edən dünya hökuməti kimi fəaliyyət göstərirdi. Millətlər Liqasının inkişafı və böyüməsi ilə onun təsiri azalmışdı.
Tərkibi Antanta Ali Şurası, Rusiyanın Birinci Dünya Müharibəsindən çıxmasından sonra "Səmimi Antanta İttifaqı"nın əsasını təşkil edən beş dövlətdən - Böyük Britaniya, Fransa, ABŞ,США формально никогда не входили в Антанту, являясь лишь её союзником. İtaliya və Yaponiyadan daimi olaraq ibarət idi. Şuraya bu dövlətlərin baş nazirləri, Yaponiyanın nümayəndəsi və onların Baş qərargahlarının nümayəndələri təyin olunurdu.
Mühüm qərarlar Kerzon Xətti 1919-cu ilin dekabrında Paris Sülh Konfransında Antanta Ali Şurası tərəfindən tövsiyə edilmişdir. 18 yanvar 1920-ci ildə Avropanın əsas qəzetləri Antanta hökumətlərinin Sovet Rusiyasının blokadasını ləğv etmək və Rusiya ilə ticarətə icazə vermək qərarını dərc etmişdilər. Lakin elanda vurğulanırdı ki, bu qərar "heç bir şəkildə Sovet hökumətinə qarşı Müttəfiq siyasətində dəyişiklik demək deyil".Владимир Ильич Ленин, Доклад о работе ВЦИК и Совнаркома на первой сессии ВЦИК VII созыва, 3 февраль 1920 года. Antanta Şurasının 6 yanvar 1922-ci il tarixli Kann qətnaməsi Sovet Rusiyasının iqtisadi blokadasını ləğv etmək qərarına gəlmişdi. "Ali Şura, rus xalqı ilə müəyyən ticarət əlaqələrinin bərpası məsələsini nəzərdən keçirmək üçün təyin edilmiş komitənin hesabatını nəzərdən keçirdikdən sonra, rus xalqı ilə Müttəfiq və neytral ölkələr arasında qarşılıqlı əsasda mal mübadiləsinə icazə vermək qərarına gəlmişdi. Bu məqsədlə Şura Rusiya kooperativ təşkilatlarına müəyyən güzəştlər etmək qərarına gəlmişdi."
İstinadlar
Ədəbiyyat Лев Давидович Троцкий, Резолюция съезда Советов Северной области по докладу о текущем моменте, 12 октября 1917 года. Владимир Ильич Ленин, Доклад о работе ВЦИК и Совнаркома на первой сессии ВЦИК VII созыва, 3 февраль 1920 года. Владимир Ильич Ленин, Беседа с корреспондентом американской газеты «The World» Линкольном Эйром, февраль 1920 года. Дмитрий Владимирович Философов, Русские писатели о большевизме, 1920 год.
Kateqoriya:Beynəlxalq konfranslar Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:Fransa Birinci Dünya müharibəsində