Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi — Azərbaycanın Bolqarıstan Respublikasında diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycanın rəsmi nümayəndəliyi olaraq Azərbaycan Respublikası ilə Bolqarıstan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Bolqarıstan Respublikasında təmsil edir.

Azərbaycanla Bolqarıstan BMT, Avropa İttifaqı və s. Beynəlaxalq Təşkilatlar çərçivəsində əməkdaşlıq edir.

2026-cı ildə Elmar Məmmədov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Tarixi Bolqarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımışdı.

İki ölkə arasında diplomatik münasibətlər 05 iyun 1992-ci ildə qurulmuşdur.

Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu il dekabr ayında fəaliyyətə başlamışdır.

16 aprel 2004-cü ildə Azərbaycan səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalanmışdır.

Parlamentlərarası əlaqələri 2005-ci ilin dekabr ayında Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır.

Viza Bolqarıstan vətəndaşları Azərbaycana gələrkən Azərbaycan Respublikası viza portalı https://evisa.gov.az. vasitəsilə elektron viza və ya Azərbaycan səfirliyinə müraciyyət edərək viza ala bilərlər.

Bolqarıstan Avropa Birliyinə daxil olan, lakin Şengenə daxil olmayan ölkələrdəndir. Buna görə də bu ölkəyə səfər etmək üçün Bolqarıstanın öz vizasını almaq lazımdır. Bolqarıstana səfər etmək istəyən Azərbaycan vətəndaşları Bolqarıstanın Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsinə müraciət etməlidirlər. Aktiv Şengen vizası olan şəxslərə Bolqarıstana daxil olmaq üçün asanlaşdırılmış rejim mövcuddur. Viza aldıqdan sonra Azərbaycan vətəndaşlarına bu ölkədə 90 günədək qalmaq hüququ verilir.

Tələb olunan sənədlər

Xarici pasportun orijinalı və birinci səhifəsinin surəti Əvvəlki vizaların və giriş-çıxış möhürlərinin surətləri Şəxsiyyət vəsiqəsinin surəti İş yerindən arayış, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış) Bank hesabından arayış və çıxarış. Müraciyyət eləyən şəxsin adında olan mülklərin çıxarışları və maşının texpasportunun kopyası Mülki vəziyyətin sübutu (nikah haqqında şəhadətnamənin surəti) 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkil Aviabilet bronları Otel rezervasiyaları Səfəri tam əhatə edəcək və minimum 30.000 avro dəyəri əhatə edən səyahət sığortası İngilis dilində doldurulmuş ərizə forması

İstinadlar

Xarici keçidlər Azərbaycanın Bolqarıstandakı səfirliyi Bolqarıstanın Azərbaycandakı səfirliyi

Kateqoriya:Azərbaycan–Bolqarıstan münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycandakı diplomatik nümayəndəliklər Kateqoriya:Bolqarıstanın xarici siyasəti