Həsən bəy Fəttahov (mühacirətdə: Həsən Fəttah Başoğuz; ) — azərbaycanlı maaliyyəçi, siyasətçi, siyasi mühacir.

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü, Nəşri-maarif cəmiyyətinin idarə heyətinin üzvü olub olub. 1905-ci ildə yaradılmış Difai təşkilatının katibi, 1917-ci ildə yaradılmış Türk Ədəmi-Mərkəziyyət Partiyasının qurucularından biri olub. Bir müddət Gəncə şəhərinin bələdiyyə başçısı olub. Azərbaycan Cümhuriyyəti dövründə Dövlət Bankının direktor müavini təyin edilib.

Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib. Üsyan yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

Həyatı Həsən bəy Fəttahov 1881-ci ildə Gəncə şəhərində anadan olub. 1905-ci ildə yaradılmış Difai təşkilatının katibi olub. Həmçinin Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olub. 1910-cu ildə Nəşri-maarif cəmiyyətinin idarə heyətinə üzv seçilib.

1917-ci il iyunun 17-də Gəncədə Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə təsis edilmiş Türk Ədəmi-Mərkəziyyət Partiyasının qurucularından biri olub. Elə həmin dövrdə Gəncə şəhərinin Bələdiyyə başçısı seçilib.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. Bu dövrdə Azərbaycan Cümhuriyyəti Ümuri-Xeyriyyə Nəzarətinin Gəncə nahiyəsinin müfəttişi olub. Daha sonra Həsən bəy Dövlət Bankının direktor müavini təyin olunub. Aprel işğalından sonra Gəncəyə gedib. Sovet işğalında qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib. Üsyan yatırıldıqdan sonra, 1920-ci ilin iyun ayında Türkiyəyə mühacirət edib.

Türkiyədə adını Həsən Fəttah Başoğuz olaraq dəyişdirib. İstanbulda yaşayıb və bank sahəsində fəaliyyət göstərib. Aprel işğalından sonra xaricdəki müsavatçıların fəaliyyətini əlaqələndirmək məqsədilə 1922-ci ildə Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Müsavat Partiyasının Xarici Bürosu yaradılıb. Həsən Fəttah bəy də Müsavat Partiyasının Xarici Bürosunda fəaliyyət göstərib.

1961-ci il sentyabrın 16-da İstanbulda vəfat edib. Feriköy qəbiristanlığında dəfn olunub.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Gəncə üsyanının iştirakçıları Kateqoriya:Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvləri Kateqoriya:Türk Ədəmi-Mərkəziyyət Firqəsinin üzvləri Kateqoriya:Difai Partiyasının üzvləri Kateqoriya:Sovet işğalına qarşı döyüşənlər Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri