Adidas Al Rihla — Adidas tərəfindən istehsal edilmiş və 2022 FIFA Dünya Kubokunun rəsmi oyun topudur. Top ilk dəfə 30 mart 2022-ci ildə təqdim edilmişdir.

Al Rihla 20 istiliklə birləşdirilmiş poliuretan paneldən ibarətdir və daxilində topun hərəkətini izləyən inersial ölçmə vahidi (IMU) yerləşir. Bu texnologiya VAR sisteminin daha dəqiq işləməsinə kömək edir.

Topun dizaynı Qətərin memarlığı, mədəniyyəti, ənənəvi dhou qayıqları və dövlət bayrağından ilhamlanmışdır. Al Rihla FIFA Dünya Kuboku tarixində ekoloji cəhətdən təmiz mürəkkəb və yapışdırıcılardan istifadə edilərək hazırlanan ilk rəsmi oyun topudur.

İstinadlar

Kateqoriya:2022 FİFA Dünya Kuboku Kateqoriya:2022-ci ildə tanıdılan məhsullar Kateqoriya:Adidas futbol topları Kateqoriya:FİFA Dünya Kuboku topları