Vaybkodinq () – proqram təminatı tərtibatçısının layihəni və ya tapşırığı böyük dil modelinə sorğu şəklində təsvir etdiyi və kodun süni intellekt vasitəsilə avtomatik olaraq yazıldığı bir proqram təminatı hazırlama təcrübəsidir. İntuisiya ilə proqramlaşdırma, süni intellekt tərəfindən yaradılan kodu dərindən və ətraflı şəkildə nəzərdən keçirmədən qəbul etməyi, bunun əvəzinə əldə olunan nəticələrə və dəyişiklikləri yönləndirmək üçün növbəti sorğulara güvənməyi nəzərdə tuta bilər.

Bu termin 2025-ci ilin fevral ayında OpenAI-ın həmtəsisçisi və Tesla-nın keçmiş süni intellekt rəhbəri, kompüter mütəxəssisi Andrey Karpatı tərəfindən irəli sürülmüşdür. "Merriam-Webster" lüğəti 2025-ci ilin mart ayında bu termini "slenq və trend" ifadə kimi siyahıya daxil etmişdir. Termin, həmçinin "Collins English Dictionary" tərəfindən 2025-ci ildə "İlin Sözü" seçilmişdir.

İntuisiya ilə proqramlaşdırma tərəfdarları bildirirlər ki, bu üsul hətta həvəskar proqramçılara belə, proqram mühəndisliyi üçün tələb olunan geniş hazırlıq və bacarıqlara sahib olmadan proqram təminatı yaratmağa imkan verir. Tənqidçilər isə cavabdehliyin, sistemin saxlanılma qabiliyyətinin olmamasına və nəticədə yaranan proqram təminatında təhlükəsizlik boşluqlarının yaranma riskinin artmasına diqqət çəkirlər.

İstinadlar

Kateqoriya:Proqramlaşdırma paradiqmaları Kateqoriya:Süni intellekt tətbiqləri Kateqoriya:Generativ süni intellekt