Kilsələrin Dünya Şurası (KDŞ) — əsas məqsədi ekumenizm (xristian vəhdəti) üçün çalışmaq olan, 1948-ci ildə təsis edilmiş qlobal miqyaslı xristian kilsələrarası təşkilatdır. Şərq Süryani Kilsəsi, Antixalkidon kilsələri, Anqlikan icması və Şərqi Pravoslav Kilsəsi kimi bir çox kilsə və dini ittifaqlar bu şuranın üzvüdür. Katolik Kilsəsi bu şuranın rəsmi üzvü olmasa da, onun iclaslarında və rəsmi komissiyalarında tamhüquqlu müşahidəçi statusu ilə yaxından iştirak edir.

Tarixi Müxtəlif xristian kilsələrinin və konfessiyalarının rəhbərləri Kilsələrin Dünya Şurasının yaradılması barədə ilk dəfə 1937-ci ildə razılığa gəlmişdilər, lakin İkinci Dünya müharibəsinin başlamasına görə təşkilatın rəsmi təsisi təxirə salınmışdı.

Şuranın birinci sessiyası rəsmi olaraq 22 avqust 1948-ci ildə Amsterdamdakı tarixi Niverk (Nieuwe Kerk) kilsəsində təşkil olunan ekümenik ibadətlə açılmışdır. Bu tarixi iclasda dünyanın 44 ölkəsindən, əsasən protestant və qədim Şərq kilsələrinin nümayəndəsi olan 147 kilsə icmasından gəlmiş 351 nümayəndə iştirak edirdi. Həmçinin Konstantinopol (İstanbul) və Yunanıstan pravoslav xristianlarının nümayəndəsi olan kiçik bir nümayəndə heyəti də orada yer alırdı. Nümayəndələri yüzlərlə rəsmi əvəzləyici, akkreditə olunmuş müşahidəçi, gənclər nümayəndəliyi və jurnalistlər müşayiət edirdi. Rus Pravoslav Kilsəsi və Katolik Kilsəsi isə həmin dövrdə aparılan ilkin müzakirələrdə iştirak etməmişdir.

İstinadlar

Ədəbiyyat siyahısı

World Council of Churches. Members by country and by church Retrieved 2010-03-31.

Əlavə ədəbiyyat siyahısı W. A. Visser 't Hooft, The Genesis of the World Council of Churches, in: A History of The Ecumenical Movement 1517–1948, R. Rose, S. Ch. Neill (ed.), London: SPCK 1967, second edition with revised bibliography, pp. 697–724.

Xarici keçidlər

Kateqoriya:Avropada xristian təşkilatları Kateqoriya:Cenevrədə yerləşən təşkilatlar Kateqoriya:Dinlərarası dialoq Kateqoriya:Xristian ekumenizmi Kateqoriya:Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya Kateqoriya:Kilsələrin Dünya Şurası