Gənc xivəlilər () — 1905-1907-ci illərdə Xivə xanlığının müsəlman modernist islahatçılarının mədəni hərəkatı olan Cədidçilik çərçivəsində yaranan siyasi hərəkat.
Tarixi Gənc xivəlilər hərəkatı Xivə xanlığı ərazisində Gənc türklər və Gənc buxaralılar siyasi hərəkatlarının təsiri altında 1905-1907-ci illərdə yaranıb. Əvvəllər Gənc xivəlilər Xivə xanlığında mədəni və maarif fəaliyyətləri ilə məşğul olurdular. Hərəkatının yaradıcısı Pəhləvanyazxoca Yusupov sayılır.
1917-ci il aprelin 5-də (18) onlar II İsfəndiyar xanı xanlıqda konstitusiyalı monarxiya qurmaq üçün manifest verməyə razı saldılar. Ən görkəmli Gənc Xivəlilərdən biri olan Baba Axun mütəşəkkil Məclisin sədri vəzifəsini öz üzərinə götürdü. Lakin həmin yay Xiva xanı Rusiya Müvəqqəti hökümətinin iştirakı ilə mütləq hakimiyyəti bərpa edərək Gənc Xivəlilərin bir hissəsini həbs etdi. Hərəkatın digər üzvləri bolşeviklərdən dəstək zəmanəti aldıqları Türküstana qaçdılar.
1918-ci ilin yanvarında Türkmən tayfa başçısı Cüneyd xan tərəfindən Xivənin fəth edilməsindən sonra hərəkatın nümayəndələri ona qarşı mübarizəyə rəhbərlik etdilər. 1919-cu ilin dekabrından etibarən Sovet qoşunları ilə birlikdə onun qüvvələrinə qarşı çıxdılar. 1920-ci ilin fevral ayında Xanlığın dağılması ilə Gənc Xivəlilər Xorazm Kommunist Partiyasını (Mərkəzi Komitənin sədri D.Sultanmuradovla birlikdə) və Xorazm Xalq Sovet Respublikasını (Nəzirlər Şurasının sədri Pəlvanniyaz Hacı Yusupov) nəzarətə götürdülər.
1920-ci ilin sentyabrında onlar könüllü türkmən dəstələrini tərksilah etməyə çalışdılar və Xorəzm SSR-dəki türkmən tayfalarını ümumi üsyana doğru itələdilər.
1921-ci ilin martında Xorəzm Qırmızı Ordusunun Siyasi İdarəsinin köməyi ilə onlar hakimiyyətdən salındılar. Bəziləri həbs edildi, digərləri isə Basmaçıların sıralarına qoşuldu.
İstinadlar
Ədəbiyyat Гулямов Я. Г. История орошения Хорезма с древнейших времен до наших дней. — Ташкент, 1957. История Узбекистана. Т. 3. — Ташкент, 1993. История Узбекистана в источниках. Составитель Б. В. Лунин. — Ташкент, 1990. История Хорезма. Под редакцией И. М. Муминова. — Ташкент, 1976.
Xarici keçidlər Ilk oʻzbek fotografi. Naim Karimov
Kateqoriya:Özbəkistan inqilabçıları Kateqoriya:Rusiyada islam Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:Cədidçilik Kateqoriya:Siyasi partiyalar