«Şahdağfilm» MMC — 6 oktyabr 2022-ci ildə Sərvər Bayramov tərəfindən təsis olunmuş kino şirkətidir.
Tarixçə «Şahdağfilm» müasir Azərbaycan kinematoqrafiyasında müstəqil istehsalat sahələrindən biridir. Şirkət 6 oktyabr 2022-ci il tarixində ölkənin tanınmış jurnalisit, ssenarist, prodüser Sərvər Bayramov tərəfindən təsis edilmiş və elə ilk günlərdən etibarən milli-mənəvi dəyərlərə, tarixi mövzulara söykənən ekran əsərlərinin yaradılmasını qarşısına məqsəd qoymuşdur. Post-müharibə dövründə Azərbaycanda yeni nəsil vətənpərvərlik, tarixi həqiqətlərin dünyaya çatdırılması və milli kinonun inkişafı üçün böyük bir ehtiyac yaranmışdı.
«Şahdağfilm»in əsas missiyası Azərbaycan xalqının qəhrəmanlıq tarixini, Qarabağ həqiqətlərini, dahi şəxsiyyətlərin həyatını həm yerli, həm də beynəlxalq arenada nümayiş etdirə biləcək rəqabətə davamlı bədii və sənədli filmlər, həmçinin seriallar istehsal etməkdir.
Fəaliyyəti Qurulduğu gündən bəri «Şahdağfilm» bir neçə mühüm istiqamətdə fəaliyyət göstərir:
Tarixi və vətənpərvərlik filmləri: 44 günlük Vətən müharibəsi, şəhidlərimiz və qazilərimizin rəşadəti, xüsusilə də Azərbaycan xalqının qəhrəmanlıq tarixi haqqında bədii və sənədli layihələrin hazırlanması. Ədəbi ekranlaşdırmalar: Tarixi, dramatik və psixoloji əsərlərin ssenariləşdirilərək ekranlaşdırılması. Beynəlxalq əməkdaşlıq: Türkiyə kino sənayesi ilə birgə ("Co-production") layihələrin həyata keçirilməsi, türk aktyor və rejissor heyətinin prosesə cəlb edilməsi.
Bu gün «Şahdağfilm» müstəqil kino studiyası kimi ssenari yaradıcılığından tutmuş, çəkiliş sonrası (post-production) mərhələyə qədər tam dövriyyəli iş prinsipini tətbiq etməyə çalışır. Yaradıcı heyət həm dövlət sifarişli xüsusi layihələrdə, həm də müstəqil kommersiya və festival layihələrində iştirak etmək potensialına malikdir.
Xidmətlər
Kino istehsalı: İstənilən kino və filmlərin istehsalı. Reklam çarxlarının çəkilişi: Yüksək keyfiyyətli reklam çarxlarının çəkilməsi Dublyaj xidməti: İstənilən həcmli videomaterialların dublyaj edilməsi. Montaj xidməti: İstənilən video materialların montaj edilməsi. Filmlərin rənglənməsi: İstənilən video məhsulun rənglənməsi.
Filmoqrafiya İlİstehsalNövü2022Şuşa 270sənədli film2024Azərbaycan Atabəyləribədii-sənədli filmTənha insanın monoloqubədii filmTezlikləDaşlara həkk olunan tale: Əcəmi Naxçıvanibədii-sənədli filmTürkmənçaybədii film
Xarici keçidlər
Mənbə
Kateqoriya:2022-ci ildə yaranan şirkətlər Kateqoriya:2022-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:2022-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan film şirkətləri