Niderlandlı İrina (; ) — Niderland kraliçası Yuliananın qızı, titular Parma hersoginyası.
5 avqust 1939-cu ildə dünyaya gəldi. Atası alman əsilli Lippe-Bisterfeldli Şahzadə Bernard, anası isə Niderland kraliçası Vilhelminanın qızı və varisi Şahzadə Yulianadır. Doğulduğu əsnada nənəsi hələ taxtda idi. Ancaq yenicə başlayan İkinci Dünya müharibəsi səbəbilə vəftiz mərasimi təxirə salındı. Niderlandın almanlar tərəfindən işğal edilməsinin ardından Kraliça Vilhelmina və bütün ailə üzvləri Britaniyaya qaçdı. Şahzadə İrinanın vəftiz mərasimi Bukingem sarayındakı kilsədə baş tutdu. Onun xaç analarından biri də məhz dövrün Britaniya kraliçası Kraliça Yelizaveta Bouz-Layon oldu.
Sürgün Kanadada davam etdi və ilk təhsilini burada almağa başladı. Utrext Universitetində təhsilini davam etdirdi. Ardından ispan dilini öyrənməsi üçün bir müddət Madriddə yaşadı. Məhz burada ikən 1962-ci ildə İspaniya taxt-tacının varisi Şahzadə Xuan Karlos və Yunanıstan kralı Pavelin qızı Şahzadə Sofiyanın toy mərasimində gəlinin nədimələrindən biri oldu.
1964-cü ildə Roma-Katolik məzhəbinə keçdi və Romada Burbon-Parmalı Şahzadə Karlos Hüqo ilə evləndi. Ancaq bu gizli evlilik səbəbilə taxt-tac hüququndan məhrum edildi. 1981-ci ildə boşanan cütlüyün 4 övladı doğuldu.
Karlos, Parma hersoqu Şahzadə Marqarita (1972) Şahzadə Ceymi (1972) Şahzadə Karolina (1974)
Mənbə
Ədəbiyyat
Goddard, Lance, ed. (2005). Canada and the Liberation of the Netherlands, May 1945. Dundurn Press Ltd. p. 44. ISBN 1-55002-963-0 Sleeman, Elizabeth, ed. (2001). The International Who's Who of Women 2002. Psychology Press. p. 281. ISBN 1-85743-122-7 Van Der Zee, Henri A., ed. (1998). The Hunger Winter: Occupied Holland, 1944–1945. University of Nebraska. p. 67. ISBN 0-8032-9618-5 Besamusca, Emmeline; Verhuel, Jaap, eds. (2009). Discovering the Dutch: on culture and society of the Netherlands. Amsterdam University Press. p. 20. ISBN 978-90-8964-100-7 MacClancy, Jeremy, ed. (2000). The decline of Carlism. University of Nevada. p. 97. ISBN 0-87417-344-2 Williams, George L., ed. (2004). Papal Genealogy:The Families And Descendants Of The Popes. McFarlan. p. 152. ISBN 0-7864-2071-5 Emoto, Masaru, ed. (2005). The True Power of Water:Healing and Discovering Ourselves. Simon and Schuster. p. x. ISBN 0-7432-8981-1
İstinadlar