Roman Petroviç Romanov (; ) — Rusiya çarı I Nikolayın nəticəsi.

1896-ci ildə Peterhof sarayında dünyaya gəldi. Atası çar I Nikolayın nəvəsi böyük knyaz Pyotr Romanov, anası isə Monteneqro kralı I Nikolayın qızı Şahzadə Milisadır.

1916-cı ildə Kiyevdəki mühəndislik məktəbindən məzun oldu. Ardından Qafqaz cəbhəsində vuruşmağa göndərildi. 1917 Fevral inqilabından xilas olan ailə öncə Krıma qaçdı. 1919-cü ilədək burada qalan ailə ardından cənubi Fransaya yollandı.

16 noyabr 1921-ci ildə Antibdə rus əsilzadəsi Praskoviya Dmitriyevna Şeremetova ilə evləndi. Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi.

Nikolay Romanoviç Romanov (1922-2014) Dmitriy Romanoviç Romanov (1926-2016)

İkinci Dünya müharibəsi illərində yaradılan Monteneqro krallığının taxt-tacına dəvət edilsə də, bu təklifi qəbul etmədi. 1978-ci ildə Romada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Zeepvat, Charlotte, The Camera and the Tsars, Sutton Publishing, 2004, . Zeepvat, Charlotte, Romanov Autumn, Sutton Publishing, 2000,

İstinadlar