Əbül-Abbas Şəhabəddin Əhməd ibn Ömər əl-Ənsari əl-Mursi (; ) və ya sadəcə Mursi () — Şazəliyyə təriqətinin şeyxi.
Həyatı Hicri 1219-cu ildə Mursiyə şəhərində anadan olmuşdu. Səhabə Səd ibn Ubadəninyə nəslindəndir.
Təhsilini başa vurduqdan sonra atası ilə birlikdə işləməyə başladı. Onun atası tacir idi. Xristian təhdidinin artdığı dövrdə ailə üzvləri ilə birlikdə həcc ziyarətinə getməyə qərar verdi (1242). Onların mindiyi gəmi Tunis sahilləri yaxınlığında fırtına nəticəsində batdı. Bu hadisə zamanı atasını və anasını itirən Mursi və qardaşı Cəmaləddin çətinliklə də olsa Tunis sahillərinə çatmağa müvəffəq oldular. Qardaşı Tunisdə ticarətlə məşğul olarkən, Mursi fəqih Muhriz ibn Xələfin zaviyəsində uşaqlara dərs deməyə başladı. Həmin dövrdə Tunisdə olan Əbül-Həsən əş-Şazəli ilə tanış oldu. Şazəli Mursidə böyük istedad görərək onu müridliyə qəbul etdi. Daha sonra Qazı İbn əl-Bəra ilə baş verən anlaşılmazlıq səbəbindən Əbül-Həsən əş-Şazəli Tunisi tərk etməli oldu və Mursi də şeyxi ilə birlikdə İsgəndəriyyəyə getdi. Bundan sonra şeyxinin 1258-ci ildəki vəfatınadək onun yanında qaldı. Şazəli ömrünün sonlarında Mursini öz xəlifəsi təyin edərək irşad səlahiyyətini və təriqətin rəhbərliyini ona həvalə etdi.
Şazəlinin vəfatından sonra Mursi İsgəndəriyyədə, bəzən də Qahirədə elm məclislərində onun yolunu davam etdirdi. Burada zahir (dünyəvi elmlər) alimlərinin də iştirak etdiyi fiqh, hədis, təfsir və əxlaq sahələrində dərslər dedi. Bu məclislərdə iştirak edən İbn Ətaullah əl-İsgəndəri qeyd edir ki, Mursi dərs zamanı "Kitabül-Məsabih", "əl-İrşad", "ət-Təhzib" və "əl-Mühərrirül-vəciz" kimi əsərlərdən istifadə edirdi. İbn Ətaullahın verdiyi bu məlumatdan, Mursinin zahiri elmlərdə də məlumatlı olduğu aydın olur. Onun, "Biz fiqh alimləri ilə eyni bilikləri paylaşırıq, lakin onlar bizim sahib olduğumuz biliklərə ortaq deyillər" sözləri də bunu göstərir.
Mursi İsgəndəriyyədə otuz il ərzində fəaliyyət göstərdi. O, 11 fevral 1287-ci ildə İsgəndəriyyədə vəfat etdi və Babül-Bəhr qəbiristanlığında dəfn olundu.
Həmçinin bax Əbül-Abbas əl-Mursi məscidi
Mənbə
İstinadlar Kateqoriya:Sufilər
Ədəbiyyat