Valter Mokki (; ) — İtaliya impresariosu, siyasətçisi və ictimai xadimi.

Həyatı 1870-ci ildə Turində anadan olmuşdur.

Turin Hərbi Məktəbində hərbi təhsil almışdır. 22 yaşında artilleriya leytenantı rütbəsində ordudan tərxis olunmuş, yerli universitetdə təhsil almaq üçün Neapola getmişdir.

Siyasətlə məşğul olmuş, 1892-ci ildən sosialist partiyasının tərəfdarı kimi çıxış etmişdir. 1897-ci ildə İtaliya inqilabçısı Amilkare Çipriani ilə birlikdə İraklionu (Krit) Osmanlı imperiyasından müdafiə etmək üçün yola düşmüşdür. 1898-ci ildə Neapola qayıtmış, daha sonra Milana köçərək siyasi fəaliyyətini və jurnalistlik işini davam etdirmişdir. Burada siyasətçi Kostantino Latsari ilə tanış olmuşdur. 1901-ci ildə "Azione socialista" yerli təşkilatına rəhbərlik etmişdir. 1902-ci ildən etibarən Milan və Lombardiyada əməkdaşlıq etdiyi tanınmış İtaliya siyasətçisi Arturo Labriolanın İtaliya torpağında qarşılanması hazırlıqlarına rəhbərlik etmişdir. 1904–1905-ci illərdə onunla birlikdə inqilabi sindikalizmin və «Avanguardia Socialista» qəzetinin yaradılmasında iştirak etmişdir. 1906-cı ildə Valter Mokki fəal siyasi fəaliyyətini dayandıraraq özünü başqa peşəyə həsr etmişdir.

1898-ci ildə Perucada Mokki İtaliya soprano müğənnisi Emma Karelli ilə ailə qurmuş və bu vaxtdan etibarən teatr impresariosu fəaliyyətinə maraq göstərmişdir. 1906-cı ildə o, Florensiyada, daha sonra isə Milanda teatr direktoru olmuşdur. 1907-ci ildə İtaliya opera ifaçılarının Cənubi Amerikada qastrol səfərlərini təşkil etmək məqsədilə "Società Teatrale Italo-Argentina" müəssisəsini təsis etmişdir. 1908-ci ildə "Società Teatrale Internazionale" şirkətini yaratmış və Romada Kostantsi Teatrını (hazırda Roma Opera Teatrı) satın almışdır.Matteo Paoletti, La Società Teatrale Internazionale (1908—1931), in Livia Cavaglieri, Trust teatrali e diritto d’autore (1894—1910). La tentazione del Monopolio, Titivillus, 2012

1828-ci ildə Emmanın avtomobil qəzasında həlak olmasından sonra bir müddət dul qalmışdır. Sonradan gənc braziliyalı opera müğənnisi Bidu Sayao ilə evlənmişdir. Cütlük Braziliyaya köçmüş, lakin 1937-ci ildə boşanmışdır.

İkinci Dünya müharibəsinin başlaması ilə Mokki siyasi fəaliyyətinə qayıtmışdır. 1936-cı ildən etibarən Nikola Bombaççinin «La Verità» jurnalında əməkdaşlıq etmişdir. 1943-cü ildə İtaliya Sosial Respublikasında çalışmış və onun "Raggruppamento Nazionale Repubblicano Socialista" qrupuna daxil olmuşdur. Sonradan Braziliyaya getmişdir.

1955-ci ildə Rio-de-Janeyroda vəfat etmişdir.

İstinadlar

Kateqoriya:İtaliya siyasətçiləri