Loyxtenberqli Nikolay Nikolayeviç ( ) — Loyxtenberq hersoqu Nikolay Maksimilyanoviçin oğlu, polkovnik, Birinci Dünya müharibəsi iştirakçısı.

1872-ci ildə Romada dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Nikolay Maksimilyanoviç, anası isə onun uzunmüddətli məşuqəsi rus zadəganı Nadejda Annenkovadır. Cütlük Çar Aleksandrın etirazına baxmayaraq birlikdə yaşadılar. Cütlük yalnız 1878-ci ildə bağışlandı və Georqla böyük qardaşı Nikolay bu tarixdən etibarən monarxial titul daşımağa başladılar.

Fransada təhsil aldı və gənclik illəri Bavariyada keçdi. 1890-cı ildən etibarən Rusiyaya qayıtdı və rus ordusunda xidmətə başladı. 23 aprel 1895-ci ildə Olqa Nikolayevna Repnina ilə evləndi. Cütlüyün bu nigahdan 6 övladı doğuldu.

Yelena (1896-1977) Dmitriy (1898-1972) Nataliya (1900-1995) Tamara (1901-1999) Andrey (1903-1920) Konstantin (1905-1983)

Birinci Dünya müharibəsinə qatılsa da, 1917-ci ildə ordudan təxlis edildi. İnqilabın ardından Bavariyada yaşadı və 1929-cu ildə orada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Лейхтенбергские // БРЭ / С. Л. Кравец. — М.: БРЭ, 2011. — Т. 17. — С. 190. — 783 с. — 60 000 экз. — ISBN 978-5-85270-350-7

İstinadlar

Kateqoriya:Leyxtenberqlilər