thumb|Plaşa bürünmüş Telesfor heykəli, e.ə. 500–200-cü illər, Yunanıstan. Telesfor (yunanca: Τελεσφόρος, Telesforos) — qədim yunan dinində şəfanı təmsil edən uşaq tanrı idi. O, Asklepinin oğlu idi və tez-tez bacısı Hiqiya ilə birgə görünürdü. O, başı daim bir kapüşon və ya frigiya papağı ilə örtülü olan bir cırtdan kimi təsvir olunurdu.Antal, Adriana (2014). "A god of convalescence. Telesphorus/Genius Cucullatus in Roman Dacia". Acta Musei Napocensis. 1 (51). Transilvaniya Milli Tarix Muzeyi: 195–206.
O, xəstəlikdən sağalmanı təmsil edirdi, çünki onun adı yunanca "başa çatdıran" və ya "tamamlanma gətirən" mənasını verir. Onun təsvirlərinə əsasən Anadoluda və Dunay boyunca rast gəlinir.
Mənşəyi Telesforun mənşəcə bir kelt tanrısı olduğu ehtimal edilir. Bu tanrı, eramızdan əvvəl III əsrdə Qalatlar tərəfindən Anadoluya gətirilmiş, ehtimal ki, Perqamda (bir Asklepi kult mərkəzi) yunan tibb tanrısı Asklepi ilə əlaqələndirilmiş, sonra isə xüsusilə eramızın II əsrində, Adrianın hakimiyyəti dövründən başlayaraq, Roma imperiyasının yüksəlişinə görə yenidən Qərbə yayılmışdır.Heichelheim, Fritz M. (1935). "Genii Cucullati". Archaeologia Aeliana. 12: 187–194.Lavagne, Henri (1989). Les Dieux de la Gaule romaine. Lüksemburq. Telesfor, Norikumdakı iki kitabədə çağırılan Genius Cucullatus ilə eyniləşdirilmişdir.https://www.ovid.com/jnls/ajpmr/fulltext/10.1097/phm.0000000000002458~telesphoros-ancient-god-of-rehabilitation
Bir çox alim, Telesforun şəfa tanrıları üçün uşaqların qoruyucusu olduğunu irəli sürür.Timea, Varga (2016). "Telesphorus. A healing child god in Roman Dacia". Studia Universitatis Babeș-Bolyai. Historia. 60 (1). Qədim himnlər, Telesforu, sağlam uşaqlarının doğulmasını qoruduğuna və dəstəklədiyinə görə şərəfləndirir və ona təşəkkür edir. O, həmçinin, eramızdan əvvəl III əsrə aid siyahılarda, bir Attika qardaşlığının qoruyucu ilahəsi kimi də təsvir olunur. Stobidəki iki uşaq məzarından tapılan, eramızdan əvvəl II əsrə aid heykəlciklər, Telesforu bir uşaqla birgə təsvir edir, bu isə bir çox alimi Telesforun uşaqları hətta ölümdə belə qoruduğuna inandığı qənaətinə gətirir. Tanrının digər təsvirlərində də o, bir uşaq kimi göstərilir.Epstein, Angelique Gulermovich (1994). "Gods in the Hood". Proceedings of the Harvard Celtic Colloquium. 14: 90–105. ISSN 1545-0155.
Ailəsi Telesfor, tibb tanrısı Asklepinin ən kiçik oğlu idi. Onun beş böyük bacısı var idi: İaso, Hiqiya, Panakeya, Akeso və Aqlaya. O, heykəllərdə tez-tez bacısı Hiqiya ilə birgə təsvir olunur; Telesfor, Hiqiya və Asklepi, kitabələrdə və sikkələrdə çox vaxt üçlük şəklində göstərilir.
Fərqli adları Telesfor müxtəlif bölgələrdə fərqli adlarla çağırılırdı. Titanedəki Asklepi Sığınacağında ucaldılan heykəl Euamerion, Epidavrda olan heykəl "şəfa" mənasını verən Akesis, Perqamda isə o Telesfor adlanır.Pausanias. Descriptio Graeciae. II.11.7. Eramızın II əsrinə aid bir Attika kitabəsində, üç addan yalnız Telesfor, Asklepinin övladı kimi qeyd olunur.
Məbədi Telesforun məbədi, Türkiyənin Perqam şəhərində yerləşən Asklepi Sığınacağında, iki mərtəbəli bir yataqxana idi.Albright, John Brannon (13 dekabr 1970). "Where the Greeks and Romans Sought Healing". The New York Times. ISSN 0362-4331. Aristidə görə, orada üç məbəd var idi: Apollona həsr olunmuş şimal məbədi, Hiqiya və Telesfora həsr olunmuş orta məbəd, Asklepiyə həsr olunmuş cənub məbədi.Melfi, Milena (2016). In Praise of Asclepius: Aelius Aristides, Selected Prose Hymns. Mohr Siebeck GmbH and Co. KG. s. 91. Bu məbədlər, kahinlər tərəfindən aparılan şəfa ayinləri üçün sığınacaq kimi istifadə olunur, "Felsbarre" adlanan qayalı bir torpaq çıxıntısının üzərində, yüksəkdə tikilirdi.Melfi, Milena (2016). In Praise of Asclepius. s. 91. Yaxınlıqdakı bir bulaq, bir neçə fəvvaraya su verirdi və bəzən şəfa proseslərində istifadə olunurdu. Məbədə giriş, bu gün də mövcud olan, qaranlıq bir yeraltı keçid vasitəsilə təmin olunurdu. Xəstə bu keçiddən keçirilərək məbədə aparılır, Asklepi heykəlinin ayaqları altında uzanması tapşırılırdı. Xəstəyə, Asklepinin və ya onun övladlarından birinin yuxusunda ona görünəcəyi və şəfa gücü bəxş edəcəyi bildirilirdi. Xəstə yatdıqdan sonra isə, kahinlərin onun yaralarını sağaltmaq imkanı olurdu. Məbəd, qəsdən qaranlıq saxlanılırdı ki, xəstə oyandığında gün işığı ilə qarşılansın; qaranlıqla işıq arasındakı bu ziddiyyət, xəstənin şüurunda xəstəlik və sağlamlıq arasında psixoloji bir qarşılaşdırma yaradırdı.
Kultu Telesforun kultu, Afina, Attika və Fessaliya ətrafında inkişaf etmişdir; həmin bölgədən eramızın III əsrinə aid bir tərif şeiri, bir epidemiyaya müdaxilə etməkdəki köməyinə görə Asklepiyə, Hiqiyaya və Telesfora təşəkkür edir. Kult, həmçinin, "Παυταλιωται" ləqəbi altında assimilyasiya olunduğu Frakiya ərazisinə də sızmışdır.
Sikkələrdə Telesfor, ilk dəfə, Karakallanın hakimiyyəti dövründə, III əsrdə, xüsusilə əyalət tunc sikkələrində görünməyə başlamışdır.Iniesta Lopez, Dr. Ivan (2014). Medicine in Greek and Roman coinage with particular reference to the history of the neurosciences. Yeni Zelandiya. Təxminən eramızın 210-cu ilində, Lidiyada zərb edilmiş bir sikkə, ön üzündə Karakallanı, arxa üzündə isə Karakallanın Asklepi, Telesfor və Salus (Hiqiyanın Roma qarşılığı) ilə məsləhətləşməsini təsvir edir.Iniesta Lopez, Dr. Ivan (2014). Medicine in Greek and Roman coinage. Başqa bir sikkədə, Asklepi və Telesfor, sağlamlığın bərpasına qayğı və güc gətirmək vəzifəsi daşıyan tibb ilahələri kimi birgə tanınır.Stevenson, S. W.; Roach Smith, C.; Madden, F. W. (1889). A dictionary of Roman coins, republican and imperial. London və Norviç: G. Bell & Sons. Telesfor, həmçinin, çox güman ki, Karakallanın Perqama yola düşdüyü eyni gündə zərb edilmiş, Asklepi və Karakalla ilə birgə olan bir tunc medalyonda da görünür.Stevenson, S. W.; Roach Smith, C.; Madden, F. W. (1889). A dictionary of Roman coins. Bu, Karakallanın həm bədən xəstəliklərindən, həm də ruh xəstəliklərindən sağalmasını təmin etmək məqsədi daşıyırdı.
Həmçinin baxın Asklepi
İstinadlar
Kateqoriya:Qall tanrıları Kateqoriya:Qədim yunan tanrıları Kateqoriya:Tibb və sağlamlıq allahları