thumb|250px|Brahman oğlan aqnihotra ritualını icra edir

Aqnihotra (, ) — vedik hinduistlər tərəfindən icra olunan vedik ritual. Aqnihotra haqqında ilk məlumatlara "Atxarvaveda"da (AV VI, 97, 1) rast gəlinir, lakin müqəddəs ocağa qurban təqdim edilməsi ritualı hələ "Riqveda" dövründən məlumdur. Ritualın ətraflı təsviri "Yacurveda" və "Şatapatxa-brahmana" mətnlərində yer alır. "Qrixya-sutralar"da və daha sonrakı əsərlərdə aqnihotranın mistik məna kəsb edən sadələşdirilmiş versiyası təqdim olunur. Ritualın vedik forması hazırda da Keralada brahman-nambudirilər, Cənubi Hindistanda və Nepalda isə azsaylı brahman-vaidikilər tərəfindən icra edilməkdədir.

"Manu qanunları"nda qeyd olunur ki, aqnihotra ritualı gənc qızlar, gənc qadınlar, nadan və ya savadsız şəxslər, eləcə də xəstələr və rituala həsr olunmayanlar tərəfindən icra edilə bilməz. Lakin ritualın müasir versiyası cinsindən və mənşəyindən asılı olmayaraq hər kəs tərəfindən icra edilə bilər.

Aqnihotranın əsas hissəsi günəşin doğması və batması zamanı (və ya bu vaxtlardan bir qədər əvvəl/sonra) ocaqla günəşi əlaqələndirən vedik mantraların təkrarı ilə iki dəfə qurban təqdim edilməsindən ibarətdir. Samhitalar və Brahmanalarda verilən şərhlərdən birinə görə, bu ritual günəşi gecənin qaranlığından hifz edir. Müasir aqnihotrada təqdim olunan qurban müəyyən miqdarda qhi (ərintili yağ) ilə qarışdırılmış iki çimdik xam düyü dənəsindən ibarətdir. İki bərabər hissəyə bölünən bu qarışıq tədricən ocağa tökülür. Ocaq xüsusi mis qabda quru inək peyini vasitəsilə qalanır. Axşam ritualından əvvəl qab səhər prosedurundan qalan küldən (Vibhuti) diqqətlə təmizlənir. Bu kiçik ritual çoxlu sayda əlavə hərəkətlərlə müşayiət olunur və üç (və ya beş) müqəddəs ocaq kultunun tərkib hissəsidir.

Aqnihotra daim icra edildikdə nitya, arzudan asılı olaraq icra edildikdə isə kamya adlanır.

İstinadlar

Kateqoriya:Dini ayinlər Kateqoriya:Hindu davranış və təcrübəsi Kateqoriya:Nepalda din Kateqoriya:Vedalar