Meklenburq-Strelitzli Sofiya Şarlotta (; ) — Böyük Britaniya və İrlandiya kraliçası.

1744-cü ildə Meklenburq-Strelitz hersoqluğunun paytaxtı Mirovda hersoq Karl Luiz Frederikin ən kiçik qızı olaraq dünyaya gəldi. Dövrün tələblərinə uyğun saray təlim-tərbiyəsi aldı. Fransız, italyan və latın dillərində dərslər aldı. 1752-ci ildə atasının vəfatından sonra böyük qardaşı IV Adolf Frederik adıyla taxta çıxdı.

15 avqust 1761-ci ildə yenicə taxta çıxan Böyük Britaniya və İrlandiya kralı III Georqla nişanlandı. 3 gün davam edən şənliklərin ardından Londona yola düşdü və 8 sentyabrda Sent-Ceyms sarayına çatdı. Həmin gün Sent-Ceyms sarayında cütlüyün toy mərasimi baş tutdu. Hər ikisinin də birgə tacqoyma mərasimi 22 sentyabrda Vestminster Abbatlığında baş tutdu. Cütlüyün bu nigahdan 15 övladı doğulsa da, bunlardan ikisi yetkinlik yaşına çatmadı.

IV Georq Frederik Avqust (1763-1827) IV Vilhelm Şarlotta Avqust (1766-1828) Eduard Avqust (1767-1820) Avqusta Sofiya (1768-1840) Yelizaveta (1770-1840) Ernest Avqust Avqust Frederik (1773-1843) Adolf Frederik (1774-1850) Mariya (1776-1857) Sofiya Matilda (1777-1848) Oktavius (1779-1783) Alfred (1780-1782) Amaliya Sofiya Elyanora (1783-1810)

1818-ci ildə Londonda vəfat etdi. 2 dekabrda Vindzor qalasındakı Müqəddəs Corc kilsəsinə dəfn olundu.

Mənbə

Ədəbiyyat

Barr, Michael C. and Wilkens, Edward (1973). Retrieved 5 September 2013.

İstinadlar Kateqoriya:Hannover sülaləsi