Şahzadə Yelizaveta (; ) — Britaniya və İrlandiya kralı III Georqun qızı, Hesse-Hamburq landqrafinyası.
1770-ci ildə Bukingem sarayında dünyaya gəldi. Atası Britaniya və İrlandiya kralı III Georq, anası isə Meklenburq-Strelitzli Şarlottadır. 17 iyunda Sent-Ceyms sarayında vəftiz edildi. 7 aprel 1818-ci ildə Bukingem sarayında Hesse-Hamburq landqrafı V Fridrixin varisi Şahzadə Jozef Lüdviq Karl Avqustla evləndirildi. Cütlüyün övladı olmadı.
Ərinin 1820-ci ildə taxt-taca sahiblənməsinin ardından Şahzadə Yelizaveta Hesse-Hamburq landqrafinyası ünvanı aldı. Ərinin 1829-cu ildə ölümündən sonra qaynı Luiz Vilyam taxta çıxdı. Qalan illərini Hamburqda, Frankfurtda və Hannoverdə yaşadı.
10 yanvar 1840-cı ildə Frankfurtda vəfat etdi.
Mənbə
Ədəbiyyat
Beatty, Michael A. (2003). The English Royal Family of America, from Jamestown to the American Revolution. US: McFarland & Co. p. 203. ISBN 0-7864-1558-4 Hadlow, Janice (2014). A Royal Experiment (1 ed.). New York: Henry Holt and Company, LLC. ISBN 978-0-8050-9656-9 Robertson, Jillian (1977). The Royal Race for the British Crown: 1817-1819 (1 ed.). London and Tiptree, Colchester, Essex: Blond & Briggs Ltd. ISBN 978-0-8563-4068-0
İstinadlar Kateqoriya:Hannover sülaləsi Kateqoriya:XIX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XIX əsr Britaniya yazıçıları Kateqoriya:XIX əsr rəssamları Kateqoriya:XVIII əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XVIII əsr rəssamları