Böyük Ada — Kür çayında, Mingəçevir şəhərindən 4 km cənubda yerləşən ada. Sahəsi 1 hektar təşkil edir.
Tarixi Şəhərdə fəaliyət göstərən “River Side Hotel” bir hektar ərazisi olan bu adanı kol-kosdan, yabanı bitkilərdən təmizləyib. Mingəçevir şəhərindən 4 kilometr məsafədə yerləşən və 2013-cü ildən insanların ayaq basdığı bu ada indi fərqli görünüşə malikdir. Hazırda adanın təbii landşaftı bərpa olunub, orada ağac və gül kolları əkilib, turistlərin yüksək səviyyədə dincəlməsi üçün vacib obyektlər var.
Flora və faunası Adada ağclardan ağqovaq, qarağac, söyüd, əsaasən yabanı kollar, böyürtkən və sarmaşıq (lian) növləri sıxlıq təşkil edir. Çayın sakit axan hissələrində, dayazlıqlarda və tuqay gölməçələrində qamış, adi qamışlıq və müxtəlif yosun növləri bitir.
Sahil bataqlıqları və meşələr qırqovul, ördək, qaşqaldaq, müxtəlif vağ və quşların qışlama, yuvalama və miqrasiya yeridir. Çay sahilində müxtəlif su ilanları, bataqlıq tısbağaları, kərtənkələlər və qurbağa növləri yaşayır.
Həmçinin bax
İstinadlar
Kateqoriya:Mingəçevir Kateqoriya:Azərbaycanın kimsəsiz adaları