İlqar Zabulla oğlu Bacarani () — Azərbaycanlı şahmatçı, şahmat üzrə Beynəlxalq Usta (IM) və beynəlxalq titullu məşqçi.

Həyatı İlqar Bacarani 21 iyun 1965-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə 244 nömrəli məktəbi qızıl medalla bitirib.

Oğlu və tələbəsi Ülvi Bacarani şahmat üzrə qrosmeyster (GM), bacısı Kübra Bacarani isə qadınlar arasında FIDE Ustasıdır (WFM).

Karyerası

Şahmatçı karyerası İlqar Bacarani şahmatla məşğul olmağa 1978-ci ildə Yuri Qaqarin adına pionerlər sarayının dərnəyində başlayıb. İlk məşqçisi Fuad Cəfərov olub. Sonrakı illərdə Bakı və Respublika yarışlarında uğurla çıxış edərək müxtəlif medallar qazanıb, ölkənin gənclər arasında yığma komandasında çıxış edib.

Əsas uğurları XX əsrin 90-cı illərində olub. Azərbaycan Çempionatının gümüş mükafatçısı olduqdan sonra 1994-cü ildə Moskvada keçirilən 31-ci Şahmat Olimpiadasında iştirak edəcək yığma komandaya üzv seçilib. İlk matçda İsveçrə komandasını təmsil edən rəqibini məğlub edərək Azərbaycan millisinə qələbə qazandırıb.

1994-cü ildə Rumıniyanın Beyle-Herkulane şəhərində, daha sonra isə Moskvada keçirilən beynəlxalq turnirlərdə qalib olaraq Beynəlxalq Usta (IM) adını qazanıb.

1995-ci il İstanbulda keçirilən Zəfər Həftəsində, 1996-cı ildə Sövməə Sarada keçirilən turnirdə qalib olub.

2024-cü ildə Azərbaycanın veteran şahmatçıları arasında keçirilən ölkə çempionatının qalibi olub.

Maksimal reytinqi 2405 (Yanvar 1996 – Yanvar 1997) olub.

Məşqçi karyerası 1987-ci ildən şahmat üzrə məşqçilik edir. Yeni başlayanlardan qrosmeysterlərə qədər bir çox şahmatçının karyerasına rəhbərlik etmişdir.

2008-ci ildən beynəlxalq dərəcəli hakim, 2016-cı ildən FIDE Senior Trainer (FST, ) adına layiq görülüb. İran İslam Respublikası və Birləşmiş Ərəb Əmirliklərində məşqçi kimi çalışıb.

5 şagirdi, o cümlədən, oğlu Ülvi Bacarani qrosmeyster adını qazanıb. Onların arasında Rüfət Bağırov, Eltac Səfərli kimi şahmatçılar da var. Şahmat üzrə bir neçə kitabın müəllifidir.

Nailiyyətləri 2006-cı ildən sonra olan turnirlər qeyd olunub: TarixTurnirMəkanVaxt sistemiTurnirin növüİştirakçı sayıMövqeTur sayıXalİstinad2006.06Əbu-Dabi Beynəlxalq Şahmat Turniri Əbu-Dabi90+30İsveçrə sistemi18374,52010.04Blitz Chess Tournament – 2010 ADNIF Grand Prix Əbu-Dabi3+2İsveçrə sistemi673118,52011.0816-cı Şarja Beynəlxalq Şahmat Çempionatı Şarja20+30İsveçrə sistemi169397,52011.122 Dekabr Blitz Turniri Əl-Əyn5+3İsveçrə sistemi781982011.122 Dekabr Rapid Turniri Əl-Əyn20+10İsveçrə sistemi813972012.12Həmrəylik Gününə həsr olunmuş Blitz Turniri Azərbaycan3+3İsveçrə sistemi22275,52014.01Yeni İlə həsr olunmuş Blitz Turniri Bakı5+3İsveçrə sistemi303972015.02Tempo Turniri Bakı15İsveçrə sistemi48275,52024.07Veteran şahmatçılar arasında Azərbaycan çempionatı Bakı90+30İsveçrə sistemi441982025.0831-ci Əbu-Dabi Beynəlxalq Şahmat Festivalı Əbu-Dabi3+2İsveçrə sistemi35275,5

Təşkil etdiyi turnirlər Aşağıda İlqar Bacaraninin təşkil etdiyi turnirlərin siyahısı verilib:

2012

Ümumdünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş 2-ci Beynəlxalq Şahmat Festivalı

2013

Müstəqillik Gününə həsr olunmuş reytinq turniri Həmrəylik Gününə hərs olunmuş turnir

2014

Respublika Gününə həsr olunmuş Blitz Turniri 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş Rapid Turniri Müstəqillik Gününə həsr olunmuş Rapid Turniri Həmrəylik Gününə hərs olunmuş Rapid Turniri "Yay Tətili" Turniri

2016

"Novruz 2016" Beynəlxalq Rapid Turniri Yay Festivalı

2017

Fuad Cəfərov memorial turniri Yay Masteri

2018

Fuad Cəfərov memorial turniri Yay Dostluq Kuboku (komandalar) Bakı Yay Festivalı

2019

Fuad Cəfərov memorial turniri GrandMaster ChessClub Cup Yay Festivalı

2024

Fuad Cəfərov memorial turniri

2026

Fuad Cəfərov memorial turniri Müstəqillik Gününə həsr olunmuş Komanda Şahmat Turniri Aleksandr Aslanov memorial turniri

Əsərləri Ilgar Bajarani, Ulvi Bajarani. "Tactics by Bajaranis: Exercises from the practice of authors, describing various tactical ideas" ― 1 avqust 2019 Ilgar Bajarani, Ulvi Bajarani. "Endgames by Bajaranis: Exercises from the practice of authors, covering the practical aspects of endgames" ― 11 may 2021 Ilgar Bajarani, Ulvi Bajarani. "Positional and strategic play by Bajaranis: Exercises from the practice of authors, covering important topics of middlegames" ― 6 noyabr 2022 Ilgar Bajarani, Ulvi Bajarani. "Endgames by Bajaranis: Exercises from the practice of authors, covering the practical aspects of endgames. [Compact Edtion]" ― 25 yanvar 2022 Ilgar Bajarani, Ulvi Bajarani. "Tactics by Bajaranis: Exercises from the practice of authors, describing various tactical ideas. [Compact Edition]" ― 25 yanvar 2022 Ilgar Bajarani. "720 Chess Puzzles, Mate in 1, Beginner Level: Improve your tactical chess skills through solving chess puzzles! (I progress in chess!)" ― 7 aprel 2024 Ilgar Bajarani. "720 Chess Puzzles, Mate in 2, Intermediate Level: Improve your tactical chess skills through solving chess puzzles! (I progress in chess!)" ― 7 aprel 2024 Ilgar Bajarani. "720 Chess Puzzles, Mate in 3, Advanced Level: Improve your tactical chess skills through solving chess puzzles! (I progress in chess!)" ― 7 aprel 2024 Ilgar Bajarani. "720 Chess Puzzles, Mate in 4, Expert Level: Improve your tactical chess skills through solving chess puzzles! (I progress in chess!)" ― 7 aprel 2024 Ilgar Bajarani, Ulvi Bajarani. "Positional and strategic play by Bajaranis: Exercises from the practice of authors, covering important topics of middlegames. [Compact Edtion]" ― 23 may 2024

Həmçinin bax Ülvi Bacarani Kübra Bacarani Azərbaycan şahmatçılarının siyahısı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları