Yuqoslaviyalı Andrey və ya Andrey Karacorceviç (; ) — Yuqoslaviya kralı I Aleksandrın oğlu.
Həyatı 28 iyun 1929-cu ildə Bleddə dünyaya gəldi. Atası Yuqoslaviya kralı I Aleksandr, anası isə Rumıniya kralı I Ferdinandın qızı Şahzadə Mariyadır. Hələ 5 yaşında ikən atası sui-qəsdlə öldürüldü və böyük qardaşı II Pyotr adıyla taxta çıxarıldı.
Yuqoslaviyada monarxiyanın ləğvindən sonra, 1945-ci ildə digər ailə üzvləriylə birlikdə ölkədən sürgün edildi. Sürgündəki ilk yeri London oldu. Burada Kembric Universitetində riyazi elmlər üzrə təhsil aldı və sığorta şirkətlərindən birində çalışmağa başladı. Burada ikən 1947-ci ildə baş tutan Şahzadə Elizabet və Filipp Mauntbettenin toy mərasimində iştirak etdi. Beynəlxalq Rotary Təşkilatının üzvü idi.
7 may 1990-cı ildə İrvayn, Kaliforniyada şəxsi avtomobilində ölü olaraq tapıldı. Ölüm səbəbi karbon monoksid zəhərlənməsiylə intihar olduğu elan edildi. Cənazəsi İllinoysdakı Serb kilsəsinin məzarlığına dəfn edildi. 2013-cü ildə məzarı açıldı və qalıqları Serbiyaya gətirilərək Oplenatsdakı Müqəddəs Georgi kilsəsinə dəfn olundu.
Şəcərəsi İlk evliliyi 2 avqust 1956-cı ildə Kronberqdə Alman imperatoru III Fridrixin nəticəsi və Hesseli Kristofun qızı Kristina (1933-2011) ilə baş tutdu. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, 31 may 1962-ci ildə rəsmi olaraq boşandılar.
Mariya Tatyana (18 iyul 1957-), 30 iyun 1990-cı ildə Mixail Tun-Larsenlə evləndi və 2 qızı doğuldu. Sonya Tatyana Tun-Larsen (1992-) Olqa Kristina Tun-Larsen (1995-) Kristofor (4 fevral 1960 - 14 may 1994), velosiped qəzasında vəfat etdi.
İkinci evliliyi 18 sentyabr 1963-cü ildə böyük knyaz Kiril Vladimiroviç və Viktoriya Fyodorovnanın nəvəsi Kira Melita (1930-2005) ilə baş tutdu. Cütlüyün bu nigahdan 3 övladı doğulsa da, 10 iyul 1972-ci ildə Frankfurtda boşandılar.
Lavinya Mariya (18 oktyabr 1961-), valideynlərinin rəsmi nigahından öncə doğulduğu üçün Leyn soyadıyla qeydiyyata alındı. 15 noyabr 1965-ci ildə rəsmiləşdirildi. 1987-ci ildə Roy Reksford Finnimordan bigahdan kənar bir qız uşağı dünyaya gətirdi. 20 may 1989-cu ildə Erastos Dmitros Sidiropulosla evlənsə də, 14 iyun 1993-cü ildə boşandılar. 4 oktyabr 1998-ci ildə isə Austin Prixard-Leviylə evləndi. Hər evliliyindən 1 oğlu dünyaya gəldi. Ərinin 2017-ci ildəki vəfatından sonra evlənmədi. Nadya Mariya (11 dekabr 1987-), nigahdan kənar doğuldu. 1990-cı ildə ögey atası Erastos Dmitros Sidiropulos tərəfindən soyadı verildi. Andrey Aristotel Sidiropulos (22 fevral 1990) Luka Orlando Prixard-Levi (14 fevral 2000-) Karl Vladimir Kiril Andrey (11 mart 1964-), 18 aprel 2000-ci ildə Brijit Müllerlə evləndi. Dmitriy İvan Mixail (21 aprel 1965-)
Üçüncü evliliyi 30 mart 1974-cü ildə Kaliforniyada Eva Mariya Andelkoviçlə (1926-2020) baş tutdu. Cütlüyün bu nigahdan övladı olmadı.
Mənbə
Ədəbiyyat
Eilers, Marlene (1997). Queen Victoria's Descendants. Sweden: Rosvall Royal Books. pp. 67–68. ISBN 91-630-5964-9
İstinadlar