Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan () — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar.Садых М. А. // Музыкальная энциклопедия / под ред. Ю. В. Келдыша. — М.: Советская энциклопедия, Советский композитор, 1978. — Т. 4.

Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır.

1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.

Həyatı

Uşaqlığı və erkən illəri thumb|180px|left|Şuşanın Merdinli məhəlləsində Mirzə Sadıqın evi

Sadıq Mirzə Əsəd oğlu 1846-cı ildə Şuşa şəhərində anadan olub.Абасова Э. Узеир Гаджибеков: путь жизни и творчества. — Б.: Элм, 1985. — С. 64. — 197 с.Садых // Большой энциклопедический словарь. Музыка. — М.: Большая Российская Энциклопедия, 1998. — С. 480. Ailələri maddi cəhətdən o qədər də imkanlı olmayıb, atası gözətçi işləyib. Musiqiçinin doğulduğu ev bir mərtəbəli idi və iki otaqdan ibarət idi. Daha sonra, Mirzə Sadıq şöhrət qazanarkən, Şuşanın ən yaxşı küçələrindən birində üç mərtəbəli bir ev tikdi və özü də bir neçə gün tikinti işində iştirak etdi.Т. Садыгов. Бабам һаггында ешитдикләрим (азерб.) // Әдәбијјат вә инҹәсәнәт. — Б., 1984. — 27 aprel.

Şuşa kimi bir mühitdə böyüyən Sadığın hələ uşaq yaşlarından incəsənətə, musiqiyə sonsuz həvəsi olub.Şuşinski F. Sadıqcan. — Б.: Azərnəşr, 2007. — 124 с. Atası oğlundakı gözəl səsi duyaraq, onu Xarrat Qulunun məktəbinə apardı. Şuşanın bu məşhur xanəndəsi yeniyetmənin səsini yoxlayaraq, məlahətli avazından xoşu gəlib və məktəbinə qəbul etdi. Sadıqdan başqa, bu məktəbin məzunları Şuşanın ən məşhur muğam ifaçıları idi: Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Bülbülcan, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Keştazlı Həşim və Keçəçi oğlu Məhəmməd. Bu məktəb Sadıqın musiqiçi kimi formalaşmasına böyük təsir göstərmişdir.

Xalq mahnılarını özünəməxsus şəkildə oxuyan Sadığın 18 yaşında səsi qəflətən batır. Amma musiqiyə, sənətə bağlılığı onu ruhdan salmır. O, bir müddət tütək, ney, sonra da kamança çalır. Bu alətləri gözəl dinləndirsə də, özünü ancaq tarda tapır. Müğənni Bülbülün yazdığına görə, Mirzə Sadığın tar müəllimi XIX əsrdə yaşamış məşhur tarzən Mirzə Muxtar Məmmədov olmuşdur. İri əlləri, uzun və güclü barmaqları olan Sadıq qısa müddət ərzində istedad və qabiliyyətinin sayəsində bu sənətin sirlərinə yiyələnərək hətta müəllimindən da yaxşı tar çala bilirdi. Ustadı Mirzə Muxtar şagirdinin bu istedadına sevinərək qibtə ilə deyərmiş:

Mirzə Muxtarın ansamblında Sadıq kamança ifaçısı idi. Lakin bir gün Mirzə Muxtar xəstələndi, onu tarda əvəzləyən Sadıqcan bu alətdə oyunda öz qabiliyyətlərini nümayiş etdirə bildi. Uğurdan ilhamlanan Sadıqcan, özünü tara həsr etdi və hər dəfə tarda bacarıqlarını təkmilləşdirirdi.Sahib Paşazadə. Sadıqcan və Azərbaycan musiqi sənəti (азерб.) // Mövqe. — 2012. — Dekabr. — S. 61–63.

Uğuru thumb|1886-cı il dekabrın 29-da Tiflisdə Mirzə Fətəli Axundovun "Həkimi-Nəbatat Müsyö Jordan və dərviş Məstəli Şah" tamaşasının afişası.

XIX əsrin əvvəllərində Şuşa mədəniyyət mərkəzlərindən biri idi.Ф. Әбүлгасымов Азәрбајҹан тарынын атасы (азерб.) // Fəryad. — iyul 1998. — 5 iyul. Şəhərdə Qafqazdan gələn şairlər, dramaturqlar, məşhur musiqiçilər və rəssamlar iştirak edirdilər, teatr nümayişləri və musiqi görüşləri keçirilirdi. Sadıqcanın tarzən kimi tanınmasında, Şuşada keçirilən musiqi məclisləri böyük rol oynamışdır. Mir Möhsün Nəvvabın "Məclisi-fəramuşan" və "Məclisi-xanəndə", Xurşidbanu Natəvan təşkil etdiyi məclislərdə müğənnilər və musiqiçilər öz sənətlərini nümayiş etdirir, musiqi nəzəriyyə problemləri ilə əlaqədar müzakirələr aparılır, şairlərin əsərləri səslənir və müsabiqələr təşkil olunurdu. Sadıq məclislərdə iştirak etdiyindən, onun adı qonşu ölkələrdə tanınırdı.

Sadıqcanın gözəl çalğısı haqqında eşidən şamaxılı Mahmud ağa onu Şirvana dəvət etdi. Bir müddət Şamaxı məclislərində məharətli ifası ilə özünə çoxlu pərəstişkar qazanan Sadıqcanın paxıllığını çəkənlər də olur. Təbiətən xeyirxah və nəcib olan Sadıqcan həcvlərə dözməyərək Qarabağa qayıtdı. Mahmud ağa Sadıqcanın getməsindən çox kədərləndi. Bu səbəbdən də Şirvanda böyük nüfuza, hörmətə sahib olan Seyid Əzim Şirvanidən xahiş edib ki, Sadıqcanı geri qaytarmaqda ona kömək etsin. Seyid Əzim məktub yazsa da, ismarış göndərsə də, Sadıqcan geri qayıtmadı. Hətta Mahmud ağa tarzəni qonaq da çağırsa da, Sadıqcan sözündən dönmədi. O zaman Xurşidbanu Natəvan da Sadıqcanın xətrini həddən artıq istəyirdi. Demək olar ki, Sadıqcan Xan qızının məclislərinin yaraşığı idi. "Məclisi-üns" də Sadıqsız keçinməzdi. Deyilənlərə görə, Sadığın üstündə Mahmud ağa ilə Natəvan arasında uzun illər yazışma olub. Mahmud ağa Sadıqcanı öz yanına çağırırdı, Xan qızı da tarzəni öz məclislərindən getməyə icazə vermirdi. İş o yerə çatmışdı ki, Seyid Əzim Şirvani Sadıqcanın arxasınca Şuşaya üz tutdu. Şirvani, Sadıqcanın iştirak etdiyi toy məclislərinin, el şənliklərinin şahidi olur. İlhama gələn Seyid Əzim Şirvani Şuşa haqqında belə bir beyt də söyləyir:

Sadıqcan şənliklərdə və musiqi məclislərində iştirak etməkdən başqa, Şuşa və Tiflisdə tamaşaların fasilələri zamanı konsert verirdi. 1886-cı il dekabrın 29-da Tiflisdəki "Artsruni" teatrının binasında Mirzə Fətəli Axundovun "Həkimi-Nəbatat Müsyö Jordan və dərviş Məstəli Şah" tamaşası səhnəyə qoyuldu. Tamaşanın fasiləsində Mirzə Sadıq və məşhur muğam ifaçısı Mirzalı ifa edirdi. Tiflisdə nəşr olunan "Qafqaz rəyləri" qəzeti "Teatr və musiqi" rubrikasında Sadıqcan haqqında yazırdı:

Sadıqcan həm kamançada, həm də tarda o dövrün məşhur xanəndələrini müşayiət edərdi. Artıq onun sorağı Qarabağdan kənara çıxmışdı. Cənubi Qafqazda, Şərq dünyasında Sadıqcanı yaxşı tanıyırdılar. Onu tez-tez öz məclislərinə, toylarına, xeyir işlərinə dəvət edərdilər. Sadıqcanın adı Cabbar Qaryağdıoğlu kimi xanəndə ilə yanaşı çəkilirdi. 1872-ci ilin martında Novruz bayramı münasibətilə onu İranın Rusiyadakı səfiri Sankt-Peterburqa dəvət etmişdi, haradakı, o, məşhur xanəndə Səttarla çıxış edirdi.

Xalq rəssamı Lətif Kərimovun "Musiqi lüğətinin izahı" adlı əsərindən məlum olur ki, XVIII əsrdən etibarən Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda xalq tərəfindən yüksək dərəcə sevilən və qiymətləndirilən xanəndə və sazəndələrə "can" kimi yüksək ad və yaxud təxəllüs verilərdi. Belə bir əzizləmə Mirzə Sadıqdan başqa bir məşhur müğənniyə müyəssər olmuşdur. Bu da məşhur xanəndə Əbdülbağı Zülalov (Bülbülcan) idi.

Şiri-Xurşid ordeni Əvvəlcə Sadıqcan, Hacı Hüsü və Ata Bağdagüloğlu ilə birlikdə muğam üçlüyünü yaratdı. O, daha sonra Şuşa xanəndəsi Məşədi İsinin üçlüyünə keçdi. XIX əsrin 90-cı illərində Məşədi İsi tarzən Sadıqcan ilə birlikdə Orta Asiyada – Aşqabad, Səmərqənd, Daşkənd və digər şəhərlərdə olur, xalq şənliklərində yaxından iştirak edirdi. 1880-ci ildə Təbrizdə Nasirəddin şah Qacarın oğlunun toy mərasiminə dəvət alan Mirzə Sadıq xanəndə Hacı Hüsü ilə birlikdə elə gözəl məclis aparıblar ki, Hacı Hüsü ən yaxşı xanəndə, Sadıqcan isə ən gözəl tarzən sayılaraq Nəsrəddin şah tərəfindən Şiri-Xurşid ordeni ilə mükafatlandırıldı.

Bəstəkar Ağalar bəy Əliverdibəyov qələmə aldığı "Xatirələrim" adlı əsərində yazıb ki, Təbrizdə Nəsrəddin şahın məclisində məşhur bir tarzən Sadığı yarışa çağıranda, Sadıq tarın bütün pərdələrini kəsdi. Bunu görən tarzən yarışdan imtina edərək Sadığın barmaqlarından öpdü.

Sadıqcanın ansamblı thumb|right|1878-ci ildə Tiflisdə Sadıqcanın ansamblı. Soldan sağa: Kamança ifaçısı Ata Bağdagüloğlu, Sadıqcan, Bülbülcan, nağaraçı Hüseynbala, Vaso Kikialişvili

XIX əsrin 90-cı illərində, Şuşada Sadıqcanın rəhbərliyi altında, o dövrün tanınmış müğənniləri və musiqiçilərindən ibarət olunan ansambl yaradılmışdır. Ansamblın tərkibinə Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Dəli İsmayıl, Xanlıq Şükür, Bülbülcan, Keçəçioğlu Məhəmməd, Məşədi Zeynal Haqverdiyev və digərləri daxil idi.Ф. Шушински. Бөјүк тарзән (азерб.) // Әдәбијјат вә инҹәсәнәт. — Б., 1961. — 9 dekabr. Ansamblda Azərbaycan, gürcü, erməni, həm də göbək rəqslərini ifa edən iki qız da var idi. İştirakçılar arasında mütrüb rolunu Mirzə İsmayıl oynayırdı. Onun roluna lazım olmasına baxymayaraq, Mirzə İsmayılın həm də gözəl səsi var idi. Ansamblda azərbaycanlılardan başqa, gürcü, erməni və ləzgilərdə var idi. Ansamblın konsertləri Şuşa, Bakı, Gəncə, Aşqabad, Tehran, İstanbul, Dərbənd, Vladiqafqazın konsert zallarında, Xurşidbanu Natəvan, Mahmud ağa, Məşədi Məlik bəy Mansurovun musiqi yığıncaqlarında, Tiflisin "Mücdəhid" və İrəvanın "Xurra" bağlarında keçirilirdi.Ф. Шушински. Азәрбајҹан тарынын атасы (азерб.) // Әдәбијјат вә инҹәсәнәт. — Б., 1962. — 30 aprel.

Sadıqcan həm də pedaqoq kimi tanınırdı.Ф. Әбүлгасымов Мусиги сәнәтимизин инҹиси. (азерб.) // Һәгигәт. — Б., 1991. — 10 dekabr. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.Шушинский Ф. Народные певцы и музыканты Азербайджана. — М.: Советский композитор, 1979. — 200 с.

Sadıqcan 1902-ci ildə Şuşada 56 yaşında vəfat etmişdir.

İfaçılıq üsulu thumb|left|150px|1875-ci ildə Sadıqcan Azərbaycan tarı ilə Sadıqcan öz dövründə "Qafqazın birinci tarzəni" kimi tanınırdı. Azərbaycanın əməkdar artisti Sahib Paşazadənin fikrincə, onun "texnika fəaliyyətinin imkanları bütün sərhədləri aşırdı". Gənc yaşdan Sadıqcanın böyük əzmlə ifa üsullarını öyrənirdi. Bəstəkər Əfrasiyab Bədəlbəyliyə görə, o bəzən sağ əlini (mizrab olmadan) istifadə etmədən, sol əlin barmaqları ilə fərqli səslərə yaradır, simlərə xüsusi bir şəkildə vuraraq və ya basaraq, müxtəlif səslərin uzanması üçün pərdələri çəkirdi, hansı ki, qlissandonu xatırladırdı.Р. Гулијев. Тарымызын бөјүк ислаһатчысы (азерб.) // Әдәбијјат вә инҹәсәнәт. — Б., 1988. — 13 may.

Mirzə Sadıq sol əlindəki barmaq uclarını bərkləşdirmək üçün, öz hazırladığı mayesi ilə, onları yağlayıb, şamdan keçirirdi. Məlumdur ki, mizrabın istifadəsi vaxt keçdikcə ələ zərər verir. Bunun qarşısını almaq üçün, Sadıqcan onları xüsusi bir maddə ilə örtürdü.

Musiqi tədqiqatçısı Əbdülhəmid Babayev yazırdı:

Məşədi Məliyin oğlu, tarzən Bəhram Mansurovun atası olan Məşədi Süleyman bəy Mansurov, ilk dəfə Sadıqcanı Tiflisdə görmüşdü və onu xatırlayarkən, qeyd edirdi ki, "onun tarla möhtəşəm ifası, insanlar üzərində bir növ anlaşılmaz gücə malik idi". O, mizrab olmadan, virtouz kimi tarı çənəsinə qaldırıb və çalırdı, bəzən isə tarı boynuna əyib çalırdı. O, həm də bəzən aşıqlar kimi, tarı başının üzərində qaldırırdı.

Şahidlərinin sözlərinə görə, Sadıqcan tarla qaratoyuqa bir neçə kiçik təsnif və mahnıları öyrədə bilmişdi. Bu barədə Qurban Pirimov yazırdı: "Bir gün Sadıq məndən xahiş etdi ki, onun üçün Gülablıdan bir bülbül gətirim. Mən də bir şeyda bülbül, bir də qaratoyuq apardım. Bir gün gəlib gördüm ki, o, qaratoyuğun qabağına bir güzgü qoyub. Özü isə kənarda durub tar çalır. İndiki kimi yadımdadır. O qaratoyuqların çöldə oxumalarına bənzəyən bir təsnif çalırdı. Güzgüdə öz şəklinə tamaşa edən qaratoyuq birdən başladı oxumağa. Mən təəccübdən yerimdə quruyub qaldım. Sadıq belə sənətkar idi. O, görünməmiş bir möcüzə idi."

Azərbaycan tarının yaradılması