Badenli Bertold Fridrix Vilhelm Ernest Avqust Henrix Karl (; ) — Almaniya kansleri Badenli Maksimilyanın oğlu, Baden markqrafı, Baden ailə başçısı.

1906-cı ildə Karlsruedə dünyaya gəldi. Atası Badenli Maksimilyan, anası isə Hannoverli Mariya Luizadır. 1927-ci ildə atasının əmisi oğlu olan Böyük Baden hersoqu II Fridrix tərəfindən övladlığa götürüldü. Bunda məqsəd isə Badendə qalan ailə mülklərinin hökumət tərəfindən milliləşməsinin qarşısını almaq idi.

17 avqust 1931-ci ildə Baden-Badendə Yunanıstan kralı I Georqun nəvəsi Şahzadə Teodorayla evləndirildi. Üstəlik, seçilən gəlin namizədi də özü kimi Danimarka kralı IX Kristianın nəticədi idi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Marqarita (1932-2013) Maksimilyan (1933-2022) Lüdviq (1937-)

Vermaxt ordusunda xidmət etsə də, 1940-cı ildə Fransada yaralandı və hərbi karyerası yarım qaldı. 1963-cü ildə avtomobil sükanında ikən yaşadığı ürək çatışmazlığı səbəbilə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Petropoulos, Jonathan (2008). Royals and the Reich: The Princes Von Hessen in Nazi Germany. Oxford University Press. pp. 317–318. ISBN 978-0-19-533927-7

İstinadlar