Mixail Klaud Hamilton Bouz-Layon (; ) — britaniyalı aristokrat. Britaniya kraliça-konsortu Yelizaveta Bouz-Layonun qardaşı və Britaniya kraliçası II Yelizavetanın dayısıdır.

1 oktyabr 1893-cü ildə Hartfordşirdə doğuldu. XIV Stratmor və Kinqxorn qrafı Klaud Bouz-Layonun oğludur. İton kollecində təhsil aldı.

Birinci Dünya müharibəsi illərində Fransa cəbhəsində döyüşdü. 28 aprel 1917 tarixli raportla itkin düşdüyü elan olundu. 3 həftə sonra yaralı vəziyyətdə əsir alındığı aşkarlandı. Holzminden əsir düşərgəsində saxlanıldı. Müharibənin ardından bir müddət ordudakı fəaliyyətini davam etdirsə də, 1921-ci ildə vəzifələrindən çəkildi və hüquq sahəsində çalışmağa başladı.

1928-ci ildə Yelizaveta Marqarita Katorla evləndi. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.

Ferqus Mixail Klaud Bouz-Layon (1928-1987) Mariya Sesilya Bouz-Layon (1932-2021) Patrisiya Maud Bouz-Layon (1932-1995) Mixail Albemarl Bouz-Layon (1940-2023)

1 may 1953-cü ildə astma səbəbilə öz evində vəfat etdi.

Mənbə

Ədəbiyyat

Forbes, Grania (1999). My Darling Buffy: The Early Life of The Queen Mothe. Headline Book Publishing. p. 3. ISBN 978-0-7472-7387-5 Shawcross, William (2009). Queen Elizabeth The Queen Mother: The Official Biography. Macmillan. p. 85. ISBN 978-1-4050-4859-0 Vickers, Hugo (2006). Elizabeth: The Queen Mother. Random House. p. 320. ISBN 978-0-09-947662-7

İstinadlar