Reda Xadra (; ) — Almaniyalı peşəkar futbolçu.

Hal-hazırda Azərbaycan Premyer Liqası təmsilçisi Qarabağ klubunda Hücumameyilli yarımmüdafiəçi və cinah hücumçusu mövqelərində çıxış edir.

Borussiya Dortmund akademiyasının yetirməsi olan Xadra 2020-ci ildə "Brayton" klubuna keçmiş və 2021-ci ildə İngiltərə Premyer Liqasında debüt etmişdir.

O həmçinin, üç Çempionşip klubunda icarədə olub: 2021–22 mövsümündə Blekbörn Rovers, 2022–23 mövsümündə isə Şeffild Yunayted və Birmingem Siti.

2023-cü ilin yayında Liqa 1 təmsilçisi Reyms ilə müqavilə imzalamış və 2025–26 mövsümünü Havr klubunda icarədə keçirmişdir. 2026-cı ildə Azərbaycana transfer olunaraq Qarabağ ilə müqavilə imzalamışdır.

Xadra 2018–2022-ci illər arasında Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib.

Erkən həyatı Əslən Livanın Sur şəhərindən olan Xadranın valideynləri davam edən Livan vətəndaş müharibəsi (1975–1990) səbəbindən ölkəni tərk edərək Berlində məskunlaşıblar. Xadranın iki böyük bacısı Livanda doğulub, özü və qardaşı isə Berlində anadan olub.

Klub karyerası

Borussiya Dortmund Xadra gənclik illərində "CFC Hertha 06" və "TeBe Berlin" klublarında çıxış edib, daha sonra 2016-cı ildə "Borussiya Dortmund"un akademiyasına qoşulub. 2017–18 mövsümündə U-17 komandasında 11 oyun keçirib, və komandasına U-17 Bundesliqasını qazandırmağa kömək edib.

2018–19 mövsümündə U-19 komandasına yüksəlib, U-19 Bundesliqasında 20 oyun keçirib və liqa çempionluğunu qazanıb. Həmçinin 2018–19 UEFA Gənclər Liqasında 6 oyunda iştirak edib. 9 iyun 2019-cu ildə əsas komandanın heyətində "Enerji Kottbus"a qarşı yoldaşlıq oyununda çıxış edib və 5–0 hesablı qələbədə ilk qolu vurub.

2019–20 mövsümündə U-19 komandası üçün 25 oyunda 9 qolun vurulmasında birbaşa iştirak edib, və 7 mart 2020-ci ildə Regionalliqada "Borussiya Dortmund II" komandasının heyətində "Rödinghauzen"ə qarşı 2–0 hesablı məğlubiyyətdə bir oyun keçirib. 2019–20 UEFA Gənclər Liqasında 6 oyun keçirib.

2016–2020-ci illər arasında Borussiya Dortmundun gənclər komandalarında 69 oyun keçirib, 2 qol vurub və 11 məhsuldar ötürmə edib. 2020-ci ilin iyun ayında sərbəst agent kimi klubu tərk edib.

Brayton & Houv Albion 1 oktyabr 2020-ci ildə Xadra Premyer Liqa klubu "Brayton" klubuna keçərək U-23 komandasına qoşulub. U-23 komandasında debütünü 3 oktyabr 2020-ci ildə edib, "Vest Hem" klubuna qarşı 3–2 hesablı səfər qələbəsində ilk qolu vurub. 13 yanvar 2021-ci ildə Premyer Liqada debüt edib, Mançester Sitiyə qarşı 1–0 hesablı səfər məğlubiyyətində 86-cı dəqiqədə meydana daxil olub. Fevralın əvvəlində zədələnərək mövsümün qalan hissəsini buraxmalı olub. 13 aprel 2021-ci ildə 2023-cü ilin iyun ayına qədər yeni müqavilə imzalayıb.

Blekbörn Rovers klubunda icarə 31 avqust 2021-ci ildə Xadra Çempionşip klubu Blekbörn Roversa mövsümlük icarəyə verilib. Debütünü 14 sentyabrda Hall Sitiyə qarşı 2–0 hesablı ev qələbəsində 54-cü dəqiqədə əvəzetmə kimi meydana çıxaraq edib. Karyerasının ilk peşəkar qolunu 6 noyabrda Şeffild Yunaytedə qarşı 3–1 hesablı ev qələbəsində vurub. Üç həftə sonra Stok Sitiyə qarşı 1–0 hesablı səfər qələbəsində ikinci qolunu vurub.

8 yanvar 2022-ci ildə FA Kubokunda debüt oyununda qol vurub.

"Blekbörn Rovers" üçün 27 liqa oyunu keçirib, daha sonra 19 martda "Redin"qə qarşı oyunda aldığı baldır əzələ zədəsi səbəbindən mövsümün qalan hissəsini buraxıb.

Şeffild Yunayted və Birmingem Sitidə icarə 26 iyul 2022-ci ildə Xadra Çempionşip klubu "Şeffild Yunayted"ə bir mövsümlük icarəyə verilib. Şelfid üçün yeganə qolunu 13 sentyabrda "Suonsi Siti"yə qarşı 1–0 hesablı qələbədə vurub. Lakin "Şeffild Yunayted" vingerlərdən istifadə etməyən taktiki sxemə üstünlük verdiyindən Xadra mövqeyindən kənarda və az oynadılıb. Yanvar transfer pəncərəsində icarə müqaviləsinin erkən dayandırılmasını xahiş edib və razılıq alıb.

"Brayton"a qayıdan Xadra 2024-cü ilin iyun ayına qədər müqaviləsini uzadıb və 10 yanvar 2023-cü ildə mövsümün sonuna qədər Birmingem Siti klubuna icarəyə verilib. Debütündə 4 gün sonra Bristol Sitiyə qarşı 4–2 hesablı məğlubiyyətdə qol vurub. Fevral ayında "Suonsi Siti" ilə oyunda penalti qazandırıb, lakin hamstring zədəsi alaraq bir ay yaşıl meydanlardan kənarda qalıb. Mövsümün qalan hissəsində iki qol vurub – "Roterhem Yunayted"ə qarşı 2–0 və keçmiş klubu "Blekbörn Rovers"ə qarşı 1–0 hesablı qələbələrdə.

Reyms 21 iyul 2023-cü ildə Xadra Liqa 1 təmsilçisi "Reyms" ilə müqavilə imzalayıb. 21 sentyabr 2024-cü ildə Pari Sen-Jermenə qarşı liqa oyununda dizindən zədələnib. Tibbi müayinələr sol dizində ön çarpaz bağ zədəsini təsdiqləyib. Futbolçunun eyni dizi 2021-ci ilin fevralında "Brayton"da olarkən də zədələnmişdi. Bərpa müddəti 6–8 ay olaraq qiymətləndirilib.

Havr klubunda icarə 2 sentyabr 2025-ci ildə Xadra Liqa 1 klubu Havra satınalma opsiyası ilə mövsümlük icarəyə verilib. "Havr" üçün debütünü 14 sentyabr 2025-ci ildə "Strasburq"a qarşı 1–0 hesablı məğlubiyyətdə edib. İlk dəfə əsas heyətdə 2 həftə sonra Metsə qarşı 0–0 hesablı oyunda çıxıb. Mövsümü diz və çiyin zədələri səbəbindən tam başa vura bilməyib və 2025–26 mövsümündə Liqa 1-də 8 oyun keçirib.

Qarabağ 27 avqust 2026-cı ildə Xadra Azərbaycan Premyer Liqası təmsilçisi Qarabağ ilə 2+1 illik müqavilə imzalayıb.

Milli karyerası Almaniyada doğulmasına baxmayaraq, Xadra valideynləri vasitəsilə Livan milli futbol komandasını da təmsil edə bilər, valideynləri Sur şəhərindəndir. O, Almaniya milli futbol komandasında oynamağa üstünlük verdiyini bildirib.

Xadra 2018–2019-cu illərdə Almaniya U-18 yığmasında 3 oyun keçirib, Kipr U-18 və Fransa U-18 yığmalarına qarşı yoldaşlıq oyunlarında iştirak edib. İlk dəfə 2022-ci ilin mart ayında Almaniya U-21 yığmasına dəvət alıb. Lakin zədə səbəbindən düşərgədən ayrılıb. U-21 yığmasında debütünü 23 sentyabr 2022-ci ildə Fransa U-21-ə qarşı 1–0 hesablı məğlubiyyətdə edib.

Oyun tərzi Xadra hücumameyilli yarımmüdafiəçi və ya cinah hücumçusu kimi oynaya bilən universal oyunçudur. Onun əsas xüsusiyyətləri sürəti, driblinqi və zərbə qabiliyyətidir.

Karyera statistikası

+ Klub, mövsüm və yarışlara görə oyun və qol sayıKlubMövsümLiqaMilli kubokLiqa kubokuCəmiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolBorussiya Dortmund II2019–20Regionalliqası Qərb10——10Brayton & Houv Albion2020–21Premyer Liqa100000102021–22Premyer Liqa———002022–23Premyer Liqa———00Cəmi10000010Blekbörn Rovers (icarə)2021–22Çempionşip27411—285Şeffild Yunayted (icarə)2022–23Çempionşip1510010161Birmingem Siti (icarə)2022–23Çempionşip14321—164Reyms2023–24Liqa 129120—3112024–25Liqa 14000—402025–26Liqa 21000—10Cəmi3412000361Havr (icarə)2025–26Liqa 18000—80Karyera cəmi999521010511

Uğurları Borussiya Dortmund U-19 Bundesliqa: 2018–19 U-17 Bundesliqa: 2017–18 U-17 Bundesliqa Qərb: 2017–18

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Almaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Azərbaycanda legioner Almaniya idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Bləkbörn Rovers FK futbolçuları Kateqoriya:Borussiya Dortmund II FK futbolçuları Kateqoriya:Brayton end Houv Albion FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Havr FK futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Reyms FK futbolçuları Kateqoriya:Şeffild Yunayted FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları