Darya Nikolayevna Çasovitina (; ) — Rusiya imperatoru I Nikolayın nəticəsi, antroposofist. Heç vaxt evlənmədi və övladı olmadı.
1896-cı ildə Daşkənddə dünyaya gəldi. Atası böyük knyaz Konstantin Romanovun oğlu Nikolay Konstantinoviç, anası isə onun qeyri-rəsmi nigahda yaşayan Darya Yeliseyevna Çasovitinadır. Valideynləri arasındakı münasibət heç vaxt rəsmiləşməsə də, Nikolay Konstantinoviç bu birlikdən doğulan hər üç övladlığına atalıq etdi. Oktyabr inqilabından öncə atası tərəfindən musiqi təhsili alması üçün Norveç və Sankt-Peterburqa göndərildi. Ancaq inqilabi hadisələrin ardından Daşkəndə qayıtmağa məcbur oldu. 1923-cü ildən sonrakı həyatıyla bağlı yetərli məlumat yoxdur.
1925-1931-ci illərdə Moskvada yaşadı. Siyasi büro tərəfindən təqib edildi. 1966-cı ildə Moskvada vəfat etdiyi bilinir.
Mənbə
Ədəbiyyat
Князь Михаил Греческий. В семье не без урода: Биография Великого князя Николая Константиновича / перевод: Елена Кассирова. — М.: Захаров, 2002. — 272 с. — ISBN 5-8159-0263-2 Ю. М. Нагибин. Дневник / Юрий Кувалдин: общая редакция, составление, послесловие, указатель имён. — М.: Книжный сад, 1996. — С. 325, 624—625. — 35 000 экз. — ISBN 5-85676-043-3 C. Arnold McNaughton. The Book of Kings: A Royal Genealogy, in 3 volumes (англ.). — London: Garnstone Press, 1973. — Vol. 1. — P. 314. — ISBN 0-8129-0280-7. — ISBN 978-0-8129-0280-8
İstinadlar