Natan Monzanqo (; ) — Fransa futbolçusu, "Qəbələ" klubunun müdafiəçisi.
Karyera Monzanqo peşəkar karyerasında debütünü 22 avqust 2020-ci ildə Liqa 2-də "Nansi" üzərində 1:0 hesablı qələbə qazanılan oyunda "Amyen" komandasında etdi.
8 sentyabr 2021-ci ildə icarə əsasında Türkiyənin "Rizəspor" klubuna keçib. 4 fevral 2022-ci ildə "Rizespor" Monzanqonun klubda yalnız bir dəfə kubok oyununda iştirak etməsindən sonra icarə müqaviləsini ləğv etdi.
Monzaqo 2022-ci ildə növbəti iki mövsüm üçün "Pau" ilə Liqa 2-də oynamağa başladı.
14 avqust 2024-cü ildə Monzanqo Fransa Liqa 3 klubu "Vilfranş" ilə müqavilə imzaladı.
Daha sonra Sloveniyanın "Bravo" klubunda oynayıb.
30 iyun 2026-cı ildə Azərbaycan Premyer Liqa klubu "Qəbələ" ilə 1+1 illik müqavilə bağlayıb. Misli Premyer Liqasının I turunda "Turan Tovuz"a qarşı 0:1 hesabıyla məğlub olduqları səfər matçında debüt edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Milli Çempionat 3 (Fransa) futbolçuları Kateqoriya:Milli Çempionat (Fransa) futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Çaykur Rizəspor futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Konqo Demokratik Respublikası əsilli Fransa idmançıları Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları