Bəhrəmtəpə (əvvəlki adı: 1 May) — Azərbaycan Respublikasının İmişli rayonunun Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Əhalisinin sayı 7442 nəfərdir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İmişli rayonunun 1 May qəsəbəsi Bəhrəmtəpə qəsəbəsi adlandırılmışdır.
Toponimikası Qəsəbənin keçmiş adı Ağaxanlı, Nərimanabad (1931-ci ildən), Bəhrəmtəpə, 1 May (1960-cı ildən) olmuşdur. 1992-ci ildən yenidən Bəhrəmtəpə adlandırılmışdır. Adını ərazidəki yüksəklikdən almışdır.
Coğrafiyası və iqlimi Qəsəbə Araz çayı sahilində, Mil düzündə yerləşir.
İqtisadiyyatı Ərazisindən qum, çınqıl kimi faydalı qazıntılar çıxır. Qəsəbədəki su anbarından bir sıra kanallar başlanğıc götürür.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İmişli rayonunun qəsəbələri