Fərman Yunis oğlu Xəlilov (31 mart 1952, Naxçıvan şəhəri) - azərbaycanlı ədəbiyyatşünas alim, Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis, filologiya elmləri doktoru (2011), dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru.

Həyatı, elmi-pedaqoji fəaliyyəti Fərman Xəlilov 1952-ci ilin avqustunda Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Pedoqoji İnstitutu Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1973-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və təyinatı üzrə Culfa rayonunun Milax kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamış, həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris etmişdir. 1974-cü ildə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Naxçıvan şəhərindəki H.Cavid adına 5 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmişdir

2.1 Seçilmiş əsərləri

2.2 Ədəbiyyatşünaslığa verdiyi töhfələr

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

Mükafatları

Həmçinin bax

Qeydlər

Mənbə

İstinadlar