thumb|300x300px|2009-cu ildə konversiya terapiyasına icazə verən qanunlara qarşı etiraz aksiyası keçirən kişi. Konversiya terapiyası gey, lezbiyan və biseksuallıq|biseksual şəxslərdə utanc, günahkarlıq və cinsi repressiya hiss yaratdığına görə tənqid olunur.
Cinsi repressiya — insanın öz insan cinsallığı|cinsallığını və ya cinsi orientasiya|cinsi orientasiyasını ifadə etməsinin qarşısının alındığı vəziyyət. Cinsi Repressiya (psixoanaliz)|repressiya insanın təbii cinsi impuls|cinsi impulsları ilə bağlı günahkarlıq, utanc və ya narahatlıq hiss etdiyi emosional münaqişə nəticəsində yarana bilər. Bu emosional narahatlıq hissləri ailə, din və ictimai təzyiq kimi kənar amillər tərəfindən daha da gücləndirilə bilər. Cinsi repressiya çox vaxt daxililəşdirilmiş homofobiya ilə eyni məna daşıyır; bu zaman gey, lezbiyan və ya biseksuallıq|biseksual şəxs öz homoseksuallıq|homoseksual impulslarını gizlətməyə və heteroseksuallıq|heteroseksual normaya uyğunlaşmağa ehtiyac duyur. Cinsi repressiya həmçinin xarici zülm səbəbindən də baş verə bilər ki, bu zaman cəmiyyət qanunları insanın öz cinsallığını sərbəst şəkildə ifadə etməsinə mane olur.
Cinsi repressiyanı müəyyən edən xüsusiyyətlər və tətbiq olunan üsullar cəmiyyətlərdən və tarixi dövrlərdən asılı olaraq dəyişir. Cinsi repressiyanı təşkil edən davranışlar və münasibətlər mədəniyyətlər, dini icmalar və mənəvi sistemlər arasında fərqlənir. Cinsi repressiyanı əsasən fiziki, psixi və ya hər ikisinin qarışığı kimi təsnif etmək olar.
Cinsi repressiya bəzi ölkələrdə — əsasən Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiyada qanunvericilik səviyyəsində tətbiq olunur. Bu təcrübə ilə əlaqədar ümumi üsullardan biri qadın sünnətidir. Cinsi repressiyanın sosial, dini və ya mədəni gözləntilərinə zidd olan davranışlarda, məsələn, homoseksuallıq|eyni cinsli cinsi fəaliyyətdə iştirak etdiyinə inanılan şəxslər namus cinayəti|namus cinayətləri, təqiblər və ya ölüm hökmü ilə cəzalandırıla bilər.
Tarixi Siqmund Freyd "cinsi repressiya" terminini geniş istifadə edən ilk şəxs olub və bunun Qərb dünyası|Qərb cəmiyyətindəki bir çox problemin köklərindən biri olduğunu müdafiə edib.Wilf Hey. "Sigmund Freud: Psychoanalysis and Sexual Repression" , vision.org Freyd inanırdı ki, insanların təbii olaraq güclü olan cinsallıq instinktləri sivil həyatın onlara qoyduğu məhdudiyyətlərə uyğunlaşmaq üçün digər insanlar tərəfindən boğulur. Freyd məşhur rəssam Leonardo da Vinçini də daxil olmaqla bir çox şəxsin repressiyaya məruz qalmış homoseksual olduğuna inanırdı; onun fikrincə, Da Vinçi bədii parlaqlığa nail olmaq üçün cinsi istəklərini Sublimasiya (psixologiya)|sublimasiya etmişdi. Lakin Freydin cinsi repressiya ilə bağlı ideyaları sərt tənqidlərə məruz qalıb. Sex-terapevt Bernard Apfelbauma görə, Freyd ümumi anadangəlmə, təbii cinsallığa olan inamını insanlarda gördüyü cinsi istəyin gücünə deyil, əksinə, zəifliyinə əsaslandırmışdı.
Hindistan tarixinin müəyyən dövrlərində libidonu aşağı salmaq üçün anafrodisiaklardan istifadə edilmişdir.
Müasir cəmiyyətdə qeydiyyatdan keçmiş cinsi cinayətkarlara libidonu azaltmaq və gələcək hücumların ehtiyacını azaltmaq üçün dərmanlar təyin oluna bilər.
Dini cinsi repressiya Cinsi repressiya bir çox dini kontekstlərdə təkrarlanan qadağadır.
Xristianlığın əksər formaları homoseksuallığa qarşı çıxma|homoseksual davranışı pisləyir.liberal media Free Lance–Star retrieved 27 January 2012
İslamın bir çox formalarında ciddi cinsi qanunlar mövcuddur; bunlara homoseksualizmin qadağan edilməsi, nikahdan əvvəl bakirəliyin tələb olunması, zinanın qadağan edilməsi və kişi ilə qadınlar üçün təmkinli geyim kodlarının tələb olunması daxildir.Sex and Society Volume 3 – Page 722
Vokal diapazonunun dəyişməz qalmasını təmin etmək üçün yeniyetməlik dövründən əvvəl kişi xoristlər üzərində Kimyəvi biçilmə|kimyəvi biçilmə də həyata keçirilmişdir.
"Kastratlar"ın yaradılması təcrübəsi XVIII əsrə qədər geniş yayılmışdı, populyarlığını itirdikdən sonra isə yalnız XX əsrin əvvəllərinə qədər Vatikan tərəfindən istifadə olunmuşdur.
Nikah Nikah tarixi boyu cinsallığa nəzarət vasitəsi kimi qiymətləndirilmişdir. Uşaq nikahı kimi bəzi nikah formaları qızların bir neçə tərəfdaşının olmamasını təmin etməklə onların cinsallığını tənzimləmək, beləliklə də gələcək ərləri üçün bakirəlik|bakirəliklərini qorumaq məqsədilə həyata keçirilir. BBC World Service agentliyinin məlumatına görə: "Bəzi hallarda valideynlər ailə gəlirini artırmaq və ya qızları arzuolunmaz cinsi təkliflərdən, eləcə də əxlaqsızlıq|əxlaqsızlıq riskindən qorumaq üçün azyaşlı qızlarını könüllü olaraq evləndirirlər."
Qadın sünnəti
Qadın sünnəti (və ya qadın genital kəsimi) "qadın xarici cinsiyyət orqanlarının qismən və ya tamamilə çıxarılmasını və ya qeyri-tibbi səbəblərdən digər zədələnmələri əhatə edən bütün prosedurlardır". Bu təcrübə Afrikanın 27 ölkəsində, eləcə də İraq Kürdüstanında, Yəməndə və İndoneziyada cəmləşmişdir; 125 milyondan çox qız və qadının bu üsula məruz qaldığı təxmin edilir.
Qadın sünnətinin heç bir tibbi faydası yoxdur və sağlamlığa, o cümlədən doğuş zamanı yarana bilən fəsadlara ciddi mənfi təsir göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına görə, qadın sünnəti qadın cinsallığına nəzarət vasitəsi kimi istifadə olunur:
Namus cinayətləri Namus cinayəti ailə üzvünün və ya sosial qrupun digər üzvləri tərəfindən töradılan qətldir. Bu, cinayətkarların qurbanın ailəyə və ya cəmiyyətə utanc gətirdiyinə inancından irəli gəlir. Səbəb adətən görügən nikah|görügən nikahdan imtina etmək, qohumları tərəfindən bəyənilməyən münasibətdə olmaq, nikahdankənar cinsi əlaqədə olmaq, zorlama qurbanı olmaq, uyğunsuz hesab edilən geyimlər geyinmək və ya homoseksualizm|homoseksual münasibətlərdə olmaqdır.
Eyni cinsli cinsi fəaliyyət Homoseksual cinsi ifadə bir çox cəmiyyətlərdə həssas mövzulardan biridir. 2014-cü ilə olan məlumata görə, eyni cinsli cinsi aktlar 70 ölkədə həbslə, beş digər ölkədə və iki ölkənin müəyyən hissələrində isə ölüm hökmü ilə cəzalandırılır.
Tədqiqat nəticələri Peqqi Rivz Sanday kimi tədqiqatçılar cinsi repressiya ilə zorlama arasında əlaqə olduğunu irəli sürmüşlər. Cinsi repressiya feminizmdə əsas müzakirə mövzularından biridir.
Mişel Fuko Mişel Fuko özünün Cinsallığın tarixi əsərində "repressiv hipotez" adlandırdığı anlayışı təkzib edir.
Həmçinin bax
Razılıq yaşı Aseksuallıq Bədən toxunulmazlığı Erotofobiya Sərbəst məhəbbət Heteroseksizm İnsan cinsallığı Reproduktiv hüquqlar Cinsi frustrasiya Cinsi inqilab Viktorian əxlaqı
İstinadlar
Kateqoriya:Cinsiyyətdən könüllü və ya məcburi imtina Kateqoriya:Seksual emosiyalar Kateqoriya:Siyasi repressiyalar Kateqoriya:Günahkarlıq Kateqoriya:Psixoanaliz Kateqoriya:Reproduktiv sağlamlıq