Maqnit yarımkeçiriciləri – maqnit, elektrik və optik xassələri arasında güclü əlaqə ilə xarakterizə olunan və maqnit qarşılıqlı təsiri keçirici elektronların iştirakı hesabına yaranan yarımkeçiricilər. Maqnit yarımkeçiricilər əsasən üç qrup birləşmələri əhatə edir: europium monoksidi və monoxalkogenidlər (EuO və EuS, EuSe, EuTe); xrom xalkogenid şpinellər (CdCr2Se4, CdCr2S4, HgCr2Se4, HgCr2S4, ZnCr2Se4 və ZnCr2S4); manqanitlər – perovskit quruluşlu manqan oksid birləşmələr (AMnO3, burada A=La, Pr, Nd, Sm, Eu, Gd, Yb, Tb, Dy, Ho, Er, Ce). İkinci və üçüncü grupla müqayisədə, birinci grup maqnit yarımkeçiricilərin elektrik və optik xassələrinin maqnit nizamlılığı ilə əlaqəsi daha kəskin şəkildə özünü göstərir, lakin onların Küri nöqtələrinin maye azotun qaynama temperaturundan (77 K) aşağı olması onların tədqiqi və praktik tətbiqləri üçün çətinlik yaradır. İkinci və üçüncü gruplara aid maqnit yarımkeçiricilərdə isə Kürü nöqtəsi 77 K yuxarı, bəzi birləşmələrdə isə hətta otaq temperaturundan da yüksəkdir.

Maqnit yarımkeçiricilərə maraq, hər şeydən öncə, onların qiqant maqnitmüqavimətinə malik olmaları ilə bağlıdır. Məsələn, Se defisitinə malik EuSe-də 106 A/m intensivliyində xarici  maqnit sahəsinin təsiri ilə elektrik müqaviməti doqquz tərtib azalır, halbuki adi maqnetiklərdə maqnitmüqavimətinin qiyməti cəmisi onda bir və ya yüzdə bir faiz təşkil edir. Manqanit tərkibli Maqnit yarımkeçiricilərdə isə qiqant maqnitmüqavimətinin qiyməti 10-3 çatan (maqnit-mexaniki qurğularda istifadə olunan maqnetiklərdə maqnitostrik­siyanın qiyməti 10-5 aşmır) qiqant həcmi maqnitostriksiya ilə müşaiyət olunur.

Otaq temperaturunda La0.7Ba0.3MnO3 manqanitində, həcmi maqnitostriksiyanın qiyməti 10-4-ə çatır ki, bu da ultrasəs süalandırıcılarında istifadə olunan Ni və onun ərintilərinin malik olduğu maqnitostriksiyadan iki dəfə yüksəkdir. Buna görə də, bu materialdan müxtəlif ultrasəs, eləcə də maqnitomexanik qurğularda istifadə edilir.

Maqnit yarımkeçiricilərin xüsusiyyətləri onların elektronikada istifadəsi üçün perspektivlər yaradır. Beləki, nəhəng maqnit müqavimətinə malik olan maqnit yarımkeçiricilər müxtəlif sensor cihazlarında (mikrofonlar, yaddaş qurğuları üçün təmassız (kontaktsız) oxuma başlıqları və s.) istifadə edilə bilər. Kateqoriya:Yarımkeçiricilər